06 May 2019 15:05
1046
SİYASƏT
A- A+

Gündüz Kərimov: Məhkəmə-hüquq sistemində islahatlarla bağlı Fərman strateji sənəddir


Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatlarla bağlı imzaladığı Fərman bu sahədə mühüm dəyişikliklərin həyata keçirilməsini nəzərdə tutur. Bu səbəbdən həm cəmiyyət, həm də biznes ictimaiyyətinin bu islahatların müzakirəsində iştirakı əhəmiyyətlidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakıda keçirilən "Azərbaycanda məhkəmə hüquq-islahatları: Azərbaycanda Amerika Ticarət Palatası ilə ictimai müzakirələr” konfransında Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov deyib. O qeyd edib ki, hazırkı tədbir və bu qəbildən olan digər silsilə tədbirlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və tapşırığı ilə bütün ölkə üçün əhəmiyyət kəsb edən məhkəmə-hüquq islahatlarının keçirilməsinə ictimaiyyətin cəlb edilməsi məqsədini daşıyır.

Hüquq və iqtisadiyyatın qarşılıqlı əlaqədə fəaliyyət göstərən iki məfhum olduğunu deyən Gündüz Kərimov idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsinin Azərbaycanda iqtisadi inkişafa təkan verdiyini, ölkəmizin iqtisadi müstəqilliyinin, iqtisadi-sosial gücünün möhkəmlənməsində öz rolunu oynadığını qeyd edib.

Birinci vitse-prezidentin köməkçisi bildirib ki, Prezidentin Fərmanı ilə dövlət orqanlarına və təşkilatlarına məhkəmə-hüquq sisteminin müxtəlif sahələri üzrə tapşırıq və tövsiyələr verilib. "Fərmanda göstərilmiş müddətlərdə bu orqan və qurumlar həmin tapşırıqların icrası məqsədilə müxtəlif qanun, fərman və digər normativ hüquqi aktların layihələrini hazırlayıb Prezident Administrasiyasına təqdim etməlidirlər. Bu konfransın keçirilməsinin əsas məqsədlərindən biri də bu qurumlar tərəfindən təqdim ediləcək layihələrə baxılarkən biznes və hüquq ictimaiyyətinin islahatlara aid əsaslandırılmış, rasional və obyektiv təkliflərinin nəzərə alınmasının təmin edilməsidir”, - deyə o vurğulayıb.

Gündüz Kərimov bildirib ki, Fərman məhkəməyə müraciət hüququndan başlayaraq məhkəmə qərarlarının icrasının səmərəliliyinə qədər bütün məsələləri əhatə edir. Ona görə də bu sənəd strateji sənəd hesab oluna bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video