06 May 2019 15:04
396
SİYASƏT
A- A+

Prezident Administrasiyasının rəsmisi: İki ildə cəza siyasətinin humanistləşdirilməsi tədbirləri 14 minə yaxın şəxsə tətbiq olunub


Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı Fərmanı əsasında həyata keçirilən yeniliklərin sahibkarlar və biznes nümayəndələri ilə birgə müzakirəsi mühüm əhəmiyyətə malikdir.

AZƏRTACxəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev "Azərbaycanda məhkəmə hüquq-islahatları: Azərbaycanda Amerika Ticarət Palatası ilə ictimai müzakirələr” mövzusunda konfransda bildirib.

Prezident Administrasiyasının rəsmisi deyib ki, hazırda ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə mühüm islahatlar həyata keçirilir. O, dövlət başçısının məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı Fərmanının məqsədinin bu sahədə müsbət dəyişiklikləri daha da sürətləndirmək, onun inkişafına yeni impuls vermək, ədalət mühakiməsi mexanizmlərini təkmilləşdirmək, sahibkarların hüquqlarını daha səmərəli müdafiə etmək olduğunu söyləyib. Vüsal İsayev bu Fərmanla məhkəmə-hüquq sistemində yeni mərhələnin başlandığını və bunun yeni islahatlar dalğasını yaradacağını deyib.

Vüsal İsayev islahatların əsas istiqamətlərinin birinin də cəza siyasətinin humanistləşdirilməsi olduğunu diqqətə çatdırıb. O bildirib ki, Prezident İlham Əliyevin bununla bağlı 2017-ci ildə imzaladığı Fərmanın icrası nəticəsində Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik olunub. Humanistləşdirmə tədbirləri 14 minə yaxın şəxsə tətbiq olunub. Doqquz minə yaxın şəxs istintaq və məhkəmə mərhələsində məsuliyyətdən azad olunub. 1800 şəxs cəzadan azad edilib , onların da 800 nəfərində azadlıqdan məhrumetmə cəzası olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video