Alternative content

17:55 24 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Qarabağ” 7-ci dəfə Azərbaycan çempionu olub
“Qarabağ” 7-ci dəfə Azərbaycan çempionu olub
ANA SƏHİFƏ / İDMAN
14:50 06.05.2019

Mayın 5-də futbol üzrə Topaz Premyer Liqasının 2018-2019-cu il mövsümünün çempionu müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, "Qarabağ” Topaz Premyer Liqasının 27-ci turunda Tofiq Bəhramov adına Respublika Stadionunda "Səbail” klubunum 4:0 hesabla (Markos Madera 21, Mahir Mədətov 42, 69, 87) məğlub edib. Bununla komanda xallarının sayını 63-ə çatdıraraq Azərbaycan çempionu adını qazanıb.

Ağdamlıların turnir cədvəlində əsas izləyicisi "Neftçi” səfərdə "Qəbələ”ni məğlub (3:1) etməsinə baxmayaraq, xal hesabında "Qarabağ”a çata bilməyib. Komandalar arasında fərq 5 xaldı. Qurban Qurbanovun yetirmələri ardıcıl 6-cı, ümumilikdə isə 7-ci dəfə çempionluğu bayram edib.

Xatırladaq ki, Azərbaycanın Ağdam şəhərini təmsil edən "Qarabağ” klubu 1951-ci ildə yaradılıb. Klub 1992-ci ildən Azərbaycan Premyer Liqasında mübarizə aparır. İlk dəfə "Qarabağ” 1993-cü ildə Azərbaycanın ən güclüsü olub. Daha sonra "Qarabağ”ın çempionluğu 2014-cü ilə təsadüf edib. Bir ildən sonra "Qarabağ” yenidən titulunu qoruyaraq tarixində 3-cü dəfə çempion olub.

Klubun ən böyük uğuru 2017-2018-ci il mövsümünə təsadüf edir. Həmin il daha üstün oyun nümayiş etdirən "Qarabağ” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Samtredia” klubunu (5:0, 1:0”, II təsnifat mərhələsində Moldavanın "Şerif” komandasını (2:1, 2:1), III təsnifat mərhələsində isə Danimarkanın "Kopenhagen” komandasını (1:0,1:2) məğlub edərək qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində oynamaq şansı qazanıb. Bununla da UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu "Qarabağ” olub. Qrup mərhələsində İngiltərənin "Çelsi”, İspaniyanın "Atletiko Madrid” və İtaliyanın "Roma” kimi Avropa nəhəngləri ilə qarşılaşıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM