05 May 2019 18:30
854
İDMAN
A- A+

Ukraynalı idmançı: Çox şadam ki, Bakı marafonunda qadınlar arasında finiş xəttinə birinci çatdım



Bakıda 2017-ci və 2018-ci illərdə keçirilmiş marafonlarda yarışı ikinci pillədə başa vurmuşdum. Bu il Bakı marafonunda qalib gəlmək istəyirdim. İstəyimə nail oldum və finişə birinci çatdım. Gələn il paytaxtınıza yenidən gələcəyəm. Bu idman növü ilə peşəkar səviyyədə məşğulam. Mən əvvəllər Polşada və ABŞ-ın Detroyt şəhərində keçirilmiş marafonlarda qalib olmuşam. Belə möhtəşəm yarış təşkil etdiyinə görə Heydər Əliyev Fonduna minnətdarlığımı bildirirəm.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində "Bakı Marafonu 2019”da birinci yeri tutan ukraynalı iştirakçı Valentina Poltavskaya söyləyib.

2015-ci ildə Xarkovda keçirilmiş Ukrayna marafonun qızıl mükafatçısı olduğunu bildirən V.Poltavskaya deyib: "Hələ ilk dəfə Bakıya gələndə buranı çox bəyənmişdim. Xalqınız çox qonaqpərvərdir, burada çoxlu dostlarım var. Bakı çox gözəldir, insanları isə mehribandır”.

Xatırladaq ki, ukraynalı V.Poltavskaya "Bakı Marafonu-2019”da qadınlar arasında yarışda fəxri kürsünün ilk pilləsində yer alıb. 2017-ci ildə Gəncədə keçirilmiş marafonda da qadınlar arasında birinci yeri tutub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video