05 May 2019 18:24
612
DÜNYA
A- A+

Paşinyanın vədləri və indiki addımları



Aprelin 25-də Pekində keçirilən "Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda Ermənistanın baş naziri Nikol Paşinyanın iştirak etməməsi onu tənqid hədəfinə çevirib.

Ermənistanın "Armenia report” saytı yazır ki, müxalifətdə olan Paşinyan mitinqlərdə çıxış edərək Sarkisyan iqtidarını tənqid edərək bildirirdi ki, yanlış siyasət ucbatından ölkə enerji, nəqliyyat və iqtisadi blokada vəziyyətinə düşüb. Hal bu ki, Ermənistan Asiya ilə Avropa arasında tranzit rolunu oynaya bilər və dövlət büdcəsinə valyuta axınını təmin edər. İndi Paşinyan artıq müxalifət lideri deyil, ölkənin baş naziridir. Belə olan halda o dediyi sözlərin və verdiyi vədlərin həyata keçməsi üçün niyə heç bir iş görmür?

Müəllif Tevos Arşakyan yazır ki, Pekində keçirilən tədbirdə Azərbaycan, Gürcüstan və Rusiya yüksək səviyyədə təmsil olundu. Dünyanın 60-dan çox ölkəsinin iştirak etdiyi forumda ticarət və nəqliyyat dəhlizlərinin yaradılması, tranzit yüklərin daşınması və sair bu kimi məsələlər müzakirə edilib. Forum çərçivəsində ümumi dəyəri 64 milyard dollar olan 283 müqavilə imzalanıb. Azərbaycan və Gürcüstan da bu müqavilələrdə iştirak edərək öz iqtisadi vəziyyətlərini daha da yaxşılaşdırmağa çalışdılar. Lakin Ermənistanı bu tədbirdə təbiəti mühafizə naziri ilə təmsil olundu və Çin ilə ekologiyanın mühafizəsi sahəsində əməkdaşlıq haqqında protokol imzaladı. Müəllif ironik tərzdə sual qoyur: Görəsən təbiətin mühafizə naziri Erik Qriqoryanın ekologiyanın mühafizəsinə dair imzaladığı sənəd Ermənistan iqtisadiyyatının dirçəlməsinə necə təsir göstərəcək?

Yazıda nəzərə çatdırılıb ki, Paşinyanın başı daha çox hakimiyyətini möhkəmləndirməyə qarışıb. Ölkənin problemlərinə isə nəinki ikinci, heç üçüncü dərəcəli məsələ kimi də baxılmır.



AZƏRTAC

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video