Alternative content

19:25 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı marafonunun qalibi: yarış yüksək səviyyədə təşkil olunub
Bakı marafonunun qalibi: yarış yüksək səviyyədə təşkil olunub
ANA SƏHİFƏ / İDMAN
18:20 05.05.2019


Bakı Marafonu yüksək səviyyədə təşkil olunub. Yalnız külək qaçmağıma bir az mane olurdu. Yol boyunca Bakının gözəl mənzərələrini, möhtəşəm binalarını seyr edirdim. Peşəkar idmançıyam və ilk dəfədir Bakı Marafonunda iştirak edirəm.

Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Küləyə qalib gəl" şüarı altında keçirilən Bakı marafonunun qalibi 32 yaşlı uqandalı atlet İsmail Ssenyange deyib.

O qeyd edib ki, əvvəllər müxtəlif marafonlara qatılmışam, o cümlədən ABŞ, Tailand, İrlandiya, Hindistan, İngiltərə, Bolqarıstan, Çin və digər ölkələrdə keçirilmiş beynəlxalq marafonlarda iştirak etmişəm. Həmin marafonlarda hər zaman ilk üçlükdə yer almışam.

Xatırladaq ki, uqandalı atlet marşrutu 1 saat 8 dəqiqə 35 saniyəyə qət edib.

Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometr məsafəni əhatə edib və Bakı Olimpiya Stadionunda başa çatıb.

Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədilə təşkil olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM