Alternative content

17:57 24 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Dostluq marafonu” keçirilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Dostluq marafonu” keçirilib
ANA SƏHİFƏ / İDMAN
18:19 05.05.2019


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada "Dostluq marafonu” keçirilib.

AZƏRTAC xəbər verir ki, marafon Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) tərəfindən Ümumrusiya Millətlərarası Gənclər İttifaqının dəstəyi ilə təşkil edilib. "Küləyə qalib gəl” Bakı marafonuna dəstək məqsədilə keçirilən, müxtəlif millətlərə və dinlərə mənsub olan insanları birləşdirən, idman vasitəsilə sağlam həyat tərzini təbliğ edən aksiyada RAGB-nin nümayəndələri, Rusiyanın ali məktəblərinin tələbələri iştirak edib.

Moskva "Dostluq marafonu”nun məsafəsi 8 kilometrə yaxın olub. İştirakçılar "Universitet” metrosunun yaxınlığında start götürərək, şəhərin müxtəlif yerlərindən – Kosıgin küçəsindən, "Vorobyovı qorı”dan, Puşkinsk və Frunzensk sahilboyundan, "Neskuçnı sad”dan keçərək Qorki parkında finişə çatıblar.

AZƏRTAC




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM