Alternative content

23:37 25 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mükəmməl sosial infrastruktur ölkənin iqtisadi inkişafının təminatı və göstəricisidir
Mükəmməl sosial infrastruktur ölkənin iqtisadi inkişafının təminatı və göstəricisidir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:25 05.05.2019


Hər bir ölkənin inkişafında infrastrukturun mühüm rol oynaması məlum həqiqətdir. O da həqiqətdir ki, dayanıqlı infrastruktur yaradılmadan sosial-iqtisadi inkişafa nail olmaq mümkün deyil. Müstəqillik dövründə ölkəmizin neft gəlirlərindən ilk növbədə iqtisadi və sosial infrastrukturun yaradılmasına vəsait xərclənməsi də bu səbəbdəndir. Həmin proses bu gün də davam edir və bunun sayəsində indi Azərbaycanda mükəmməl infrastruktur formalaşır.

Dünyanın nüfuzlu beynəlxalq təşkilatları da bunu öz hesabatlarında dəfələrlə qeyd edirlər.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkədə bu istiqamətdə görülən işləri yüksək qiymətləndirməklə yanaşı, qarşıdakı illərdə onun davam edəcəyinin də anonsunu vermişdir. Qeyd etmişdir ki, Azərbaycanda icra edilən beynəlxalq əhəmiyyətli tranzit layihələri ölkəmizi nəinki region, hətta dünya üçün əhəmiyyətli regiona çevirib. Aprelin 24-də Pekində keçirilən "Bir kəmər, bir yol” II Beynəlxalq Əməkdaşlıq Forumunda da bu, xüsusi vurğulanmışdır.

Azərbaycanda beynəlxalq əhəmiyyətli layihələrlə yanaşı, iqtisadi və sosial əhəmiyyətli yerli layihələr də icra edilir. Təsadüfi deyil ki, Azərbaycan dünyada mükəmməl infrastruktura malik ölkələrin ön sıralarında gedir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin sözügedən iclasında ölkədə həyata keçirilən yerli infrastruktur layihələrinin əhəmiyyətini vurğulayaraq demişdir: "Minimum 1000 kilometr avtomobil yolu çəkilməlidir. Minimum ona görə deyirəm ki, biz ilin əvvəlində bu hədəfi götürmüşük. Ancaq yerlərdən gələn təkliflər və müraciətlər deməyə əsas verir ki, bu problem hələ mövcuddur, baxmayaraq ki, 15 min kilometr avtomobil yolu çəkmişik. Ona görə də həm Bakı şəhərində, həm Bakı qəsəbələrində, - bildiyiniz kimi, indi bu işlər geniş vüsət alıb, - və bölgələrdə əlavə tədbirlər görüləcək.

Bu proses su xətlərinin çəkilişi ilə uzlaşmalıdır. İlk növbədə, kommunikasiyalar, su xətləri çəkilməlidir, ondan sonra yollar. Yəni, biz bu işləri paralel şəkildə görürük”.

İclasda həmçinin qeyd edilmişdir ki, ölkənin enerji ilə təminatında böyük işlər görülüb. Bunun nəticəsində elektrik enerjisi ilə Azərbaycan nəinki özünü təmin edir, hətta onu ixrac etmək imkanına da malikdir. Yeri gəlmişkən qeyd edək ki, elektrik enerjisi ilə təminat həm ölkəmizin iqtisadi inkişafında, həm də sosial məsələlərin həllində önəmli rol oynayır. Buna görə də enerji ilə təminat hər bir ölkə, o cümlədən bizim üçün strateji əhəmiyyətə malikdir. Bu baxımdan Azərbaycanın özünün enerji təhlükəsizliyini təmin etməsi adi fakt deyil. Buna baxmayaraq, ölkənin elektrik enerjisi sisteminin modernləşdirilmə prosesi aparılır. Həmin məqsədlə mövcud stansiyaların potensialının gücləndirilməsi üçün lazımi tədbirlər görülür. Yenidənqurma, bərpa, modernləşdirilmə işləri nəticəsində movcud stansiyalarda ən azı 400-500 meqavat əlavə enerji gücü əldə olunmuşdur. Amma görülən işlər bununla bitmir. Hazırda "Şimal-2” stansiyası inşa olunur və onun istifadəyə verilməsi ilə əlavə 400-500 meqavat gücündə enerji istehsal ediləcək. Bu da ölkənin inkişafı ilə bağlı artan enerji tələbatının ödənilməsinə şərait yaradacaq.

Su infrastrukturunun yaradılması da iqtisadi və sosial məsələlərin həlli üçün vacibdir. Son illər bir çox meliorativ tədbirlərin həyata keçirilməsi, o cümlədən bu sahədə yaradılan mükəmməl infrastruktur sayəsində yüz minlərlə hektar əkin sahələri suvarma suyu ilə fasiləsiz təmin edilir. Bunun nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı ildən-ilə artır. Təkcə cari ilin birinci rübündə bu artımın 3,6 faizə çatmasında da həyata keçirilən meliorativ tədbirlərin böyük rolu var.

İçməli su layihələrinin icrası da dövlətin diqqət mərkəzindədir. Bugünə qədər 38 şəhərdə su ilə təminat məsələsi həll edilib. Həmin şəhərlərə Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun təmiz, keyfiyyətli su verilir. Cari ilin sonunadək əlavə 5 şəhərdə belə layihələr icra olunacaq. 12 şəhərdə isə həmin istiqamətdə işlər davam etdiriləcək. Ümumiyyətlə, içməli su layihələrinin icrası artan əhalini nəzərə almaqla 2030-cu ilə qədər hesablanıb.

Məlumdur ki, bu gün Azərbaycanda daha çox sosial müdafiəyə ehtiyacı olanlar məcburi köçkünlərdir. Məhz bu səbəbdən qaçqın və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün son illər 100-dən çox şəhərcik salınıb. Ancaq problem tam həll olunmadığından bu istiqamətdə işlər davam edir. Təkcə keçən il 6 min köçkün ailəsi üçün müasir evlər inşa edilib. Cari ildə isə daha 6 min köçkün ailəsi üçün mənzillərin tikilməsi nəzərdə tutulub.

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinin də dövlət tərəfindən mənzillə təmin edilməsi davamlı xarakter daşıyır. Bugünədək bütövlükdə 6500-dən çox şəhid ailəsi mənzillə təmin olunub. Bu il daha 800 şəhid ailəsi yeni mənzillərə köçürüləcək.

Təhsilin inkişafı da yaddan çıxmır. Ölkədə yeni məktəblər tikilir, köhnələri əsaslı təmir edilir və onlar lazımi avadanlıqlarla təmin olunur. Cari ildə 100-ə yaxın məktəb tikiləcək və ya əsaslı təmir ediləcək. Eyni zamanda, şəhər və rayonlarda müasir standartlara cavab verən yeni xəstəxanalar tikilir və onlar dünya standartlarına cavab verən yeni avadanlıqlarla təmin olunur. İndi həmin xəstəxanalarda ən ağır cərrahiyyə əməliyyatları həyata keçirilir. Cari il isə daha 10-a yaxın yeni mərkəzi rayon xəstəxanası fəaliyyətə başlayacaq.

Rüstəm KAMAL,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM