Alternative content

12:34 13 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Akademik elmimizin gənc alimləri hər zaman dövlətimizin yanındadırlar
Akademik elmimizin gənc alimləri hər zaman dövlətimizin yanındadırlar
ANA SƏHİFƏ / Elm və texnika
00:41 05.05.2019


Qloballaşma dövründə milli maraqlara və dəyərlərə əsaslanan, beynəlxalq təcrübəni nəzərə alan Azərbaycan dövlətinin gənclər siyasəti gənc nəsilləri ölkədə gedən müsbət proseslərin hərəkətverici qüvvəsinə çevirə bilmişdir. Ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilmişdir. Həyatın bütün sahələrində bu sosial təbəqənin fəallığı, təşəbbüskarlığı, eləcə də irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artmış, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənmişdir.

Gənclərin məşğulluğu və sahibkarlığın inkişafı üçün biznes inkubatorların, texnoparkların yaradılması onların maddi durumunun, rifah hallarının daha da yaxşılaşdırılmasına imkan vermişdir.

Gənclər arasında yaradıcılığı, intellektual inkişafı stimullaşdırmaq və əqli mülkiyyətin yüksək dəyər olduğunu təbliğ etmək, ekoloji tarazlığın pozulması və sağlam təbii mühitin məhdudlaşdırılması ilə mübarizədə yeni təsirli formaların tətbiqində gənc nəslin fəal iştirakının dəstəklənməsi mühüm əhəmiyyət daşıyır. Bu kimi məsələləri özündə ehtiva edən, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının məqsəd və vəzifələrinə uyğun olaraq, təmsil etdiyimiz AMEA-nın elmi gəncliyi də Azərbaycan Respublikasında gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, onların təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək istiqamətində öz fəaliyyətini genişləndirmişdir.

Son illər ölkədə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında onun əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində qəbul edilmiş mühüm qərarlardan biri də dövlət başçısının Azərbaycan Respublikasında Elm Gününün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli sərəncamı olub. Həmin sərəncamla martın 27-si Azərbaycanda Elm Günü kimi qeyd edilməyə başladı. Dövlətin elmlə məşğul olanlara diqqət və qayğısının rəmzi ifadəsi olan peşə bayramının təsis olunması gənc alim və mütəxəssislərimizin fəaliyyətində əlavə stimul rolunu oynayır.

Bu il 1 fevralda Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında 3 mindən artıq gənclə bir araya gələn dövlət başçısı İlham Əliyevin gənc alimlərimizin beynəlxalq uğurlarından məmnun qalması və Azərbaycan gəncliyinə dövlət qayğısının bundan sonra da davam etdiriləcəyini bəyan etməsi akademiyada çalışan gənclərdə də əlavə stimul yaratdı. Müstəqillik dövründə yaşamağın gənclər üçün böyük xoşbəxtlik olduğunu vurğulayan dövlət başçısı ölkəmizin hərtərəfli inkişafında gənclərin roluna toxundu, onların cəmiyyətin fəal üzvləri olduğunu qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan gəncləri peşəkar olmalı, milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. "Haqlı olaraq gənclərimizlə fəxr edə bilərik” deyən dövlət başçısı şəhidlərimizin böyük əksəriyyətinin gənclər olduğunu vurğuladı və bildirdi ki, hər bir gəncin əsas vəzifəsi müstəqilliyimizi möhkəmləndirmək olmalıdır.

Birmənlı şəkildə qeyd etmək olar ki, Azərbaycanın gələcəyinin təminatçısı olan gənclər, o cümlədən elmlə məşğul olan gənclərimiz elmi-ictimai fəaliyyətlərində daim dövlətin xüsusi qayğısını hiss edir, həmçinin göstərilən dəstəyə adekvat olaraq məhsuldar nəticələr əldə etməklə gələcək hədəflərinin miqyasını daha da genişləndirirlər.

Üç mindən artıq gənc alim və mütəxəssisin üzvü olduğu AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası ölkə rəhbərliyinin gənclərin inkişafı və elmlə bağlı çağırışlarına müvafiq olaraq Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi, elm-təhsil-innovasiya üçbucağının yaradılması, ölkədə elmin təbliğində kütləviliyin təmin olunması, elmin populyarlaşdırılması və s. vəzifələrin icrası istiqamətində qeyri-ənənəvi fəaliyyət mexanizmlərini tətbiq etməklə respublikada bərqərar olunan gənclər siyasətinə öz dəstəyini verməkdədir. Belə ki, nüfuzlu beynəlxalq elmi arenada Azərbaycan elminin təbliği istiqamətində əldə olunan nailiyyətlər sırasına "Web of sciences” elmi bazasında referatlaşdırılmış impakt faktoru yüksək olan jurnallarda dərc olunan gənc alim və mütəxəssislərimizin elmi əsərlərinin sayının günbəgün artmasını misal göstərmək olar. Ölkədə elmi kadr potensialını inkişaf etdirmək, elmə adaptasiyada gəncləri stimullaşdırmaq məqsədilə respublikanın elmi-tədqiqat və ali təhsil müəssisələrinin gəncləri üçün təşkil olunan yay və qış məktəblərinin, ümumrespublika elmi seminarlarının və konfranslarının rolunu da xüsusi vurğulamaq lazımdır.

Bütün bunlar bir daha təsdiq edir ki, ölkəmizdə gənclərlə bağlı aparılan siyasət Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən birini təşkil edir. Gənclərin fiziki və mənəvi sağlamlığının təmin olunması, onların intellektual inkişafı, təhsili və məşğulluğu ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir.

Gənclər siyasəti ilə bağlı ölkə rəhbəri İlham Əliyev tərəfindən çoxsaylı fərman və sərəncamlar imzalanmış, bir sıra mühüm dövlət proqramları qəbul edilmişdir. İlk dəfə ölkəmizdə Azərbaycan gənc alimlərinin qurultayının keçirilməsi də bu dövlət proqramının həyata keçirilməsində yaxından iştirak etmək, proqramda gənclərin hərtərəfli inkişafı ilə bağlı nəzərdə tutulan vəzifələrin icrasına töhfə idi.

Elmin təbliği istiqamətində uğurlu layihələrdən biri paytaxtda və regionlarda, o cümlədən Heydər Əliyev adına Müasir Təhsil Kompleksində, akademik Zərifə Əliyeva adına liseydə, Bakı Avropa liseyində və s. müxtəlif istiqamətlərə həsr olunan elm guşələrinin yaradılması müasir elmimizin tanıdılmasında tamamilə fərqli və yeni yanaşmalardan hesab edilir. Belə guşələrdə AMEA-nın müvafiq bölmələrinə daxil olan təşkilatların alimləri tərəfindən elmi-populyar dildə yazılmış kitab, monoqrafiya və digər sanballı əsərlərin gələcəyin alimlərinin istifadəsinə verilməsi, həmin əyani vəsaitlərin mütəmadi yenilənməsi təbliğat prosesində qənaətbəxş nəticələrin əldə olunmasına rəvac verir. Əlbəttə, bu layihənin həyata keçirilməsi Prezident İlham Əliyev tərəfindən 26 yanvar 2015-ci ildə təsdiqlənən "2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nda yer alan yeniyetmələrdə erkən yaşlarında elmə maraq oyatmaq üçün orta məktəblərdə "Elm” guşələrinin yaradılması ilə bağlı olmuşdur.

Kiçik yaş qrupları üzrə təbliğatın genişləndirilməsi elm güşələrilə yanaşı, ümumtəhsil müəssisələrində fəaliyyət göstərən "Kiçik Akademiya”ların təsis olunması, həmçinin məktəblilər üçün mütəmadi olaraq "Bugünün şagirdi, sabahın alimi”, "Açıq qapı” layihələrinin təşkil edilməsinə şərait yaratdı.

Artıq neçə ildir ki, hökumətin yürütdüyü uğurlu və uzaqgörən siyasət nəticəsində ölkəmiz digər bəşəri əhəmiyyətli tədbirlər kimi elm sahəsində də nüfuzlu beynəlxalq elmi tədbirlərə evsahibliyi edir. Gənc alim və mütəxəssislərimizin xarici həmkarları ilə bir araya gətirilməsini hədəfləyən diskussiyalar, beynəlxalq elmi konfrans, forum və elmi seminarlar keçirilir.

Beşinci dəfədir ki, Azərbaycanda yüksək və ali səviyyədə təşkil olunan Bakı Humanitar Forumuna töhfə vermək məqsədilə təşkil olunan "Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda beynəlxalq elmi konfransda Azərbaycanın şanlı tarixi və qədim mədəniyyətinə dair faydalı müzakirələr aparıldı.

Ümummilli lider Heydər Əliyevin yubileyinə həsr olunan "Azərbaycanda gənclər və elm siyasəti: ənənəviliyin və müasirliyin harmoniyası”, "Heydər Əliyev və müasir elmi gənclik” və s. mövzularda elmi-praktik konfrans və simpoziumlar paytaxt və regionların ali və orta təhsil müəssisələrində təşkil olundu.

Elmi tədqiqatları ilə fərqlənən gənclərimizin fəaliyyəti həmişə ən ali səviyyədə qiymətləndirilmişdir. Belə ki, Azərbaycan gənclərinin elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində nailiyyətlərini təşviq etmək məqsədilə Azərbaycan Prezidenti 2 iyul 2013-cü il tarixində "Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” fərman imzalamışdır. Fərmana əsasən, elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclərə ildə bir dəfə Prezident mükafatı verilir. 2014-cü ildən başlayaraq hər il dünya elminə töhfə vermiş gənclərin "Gənclər üçün Prezident Mükafati”na, 2 fevral - Gənclər Günü ilə əlaqədar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin elan etdiyi "İlin gənci” mükafatına, həmçinin AMEA Rəyasət Heyətinin fəxri fərmanlarına layiq görülməsi gənc alimlərimizin gələcək tədqiqatlarının səmərəliliyində həlledici rola malikdir.

2015-ci ildə AMEA-da ilk dəfə olaraq ali təhsilin ikinci pilləsi olan magistratura yaradılmış və həmin ildən başlayaraq magistratura təhsili uğurla həyata keçirilir. Tələbə, magistr və doktorantların təqaüdlərinin artırılması dövlət başçısının cəmiyyətin intellektual potensialına yüksək dəyər verməsini və onlara qayğı ilə yanaşdığını bir daha təsdiqlədi.

İnkişaf etmiş cəmiyyətlərdə elmin yüksək və sürətli inkişafı təhsil və innovativ fəaliyyətlə birgə mümkün olmuşdur. Sirr deyil ki, müstəqilliyimizin ilk 20 ilində alimlərimizin elmi fəaliyyətinin nəticələri özünə tətbiq sahəsi tapa bilmirdi. Gənc alimlərimizin də əldə etdikləri mühüm nəticələr ən yaxşı halda dissertasiya işi və ya məqalə-tezis şəkildə çap olunub, bir kənara qoyulurdu. Lakin Azərbaycan Prezidentinin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə AMEA-nın Yüksək Texnologiyalar Parkının yaradılması həm də istedadlı və yaradıcı gənc alimlərimizin min bir əziyyətlə gördükləri işlərinin həyata vəsiqə alması yolunda həlledici addım olmaqdadır. AMEA-nın elm və biznesin qovuşduğu Yüksək Texnologiyalar Parkı yarandığı gündən akademiyada innovasiya ekosisteminin inkişafı istiqamətində bir çox layihələr həyata keçirilir. AMEA Yüksək Texnologiyalar Parkında çalışan gənc alimlər startap müsabiqələrində fəal iştirak edirlər. Həmin texnoparkda bu gün fəaliyyət göstərən 6 rezident sırasında təsisçisi gənc olan rezidentlər də vardır. Eyni zamanda, AMEA YTP-nin keçirdiyi innovativ layihə müsabiqələrində sevindirici haldır ki, gənclərimizin qalib olduğu və tətbiqinə başlanılan layihələrə rast gəlinir.

Gənclik təbiətən yenilikçidir. Onlar yeni texnologiyalar, yeni proseslər, sosial norma və praktikalar yaratmağa qadir, aşıb-daşan fəaliyyət enerjisinə malikdirlər. Gənc elmi ictimaiyyətin iştirak edə biləcəyi mürəkkəb, genişmiqyaslı layihələrin işlənməsinə və təşkil edilməsinə onların kütləvi şəkildə cəlb olunması artıq bir zərurətdir. Bu baxımdan, AMEA bu yükü tam məsuliyyətlə öz çiyinlərinə ala, maneəsiz yerinə yetirə bilər. İntellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin qurulması Azərbaycan dövlətinin strateji hədəflərindən birini təşkil edir. Belə vəziyyətdə biliklər cəmiyyətinin əsas işçi qüvvəsi innovativ təfəkkürlü perspektivli gənclik olacağına heç bir şübhə yoxdur. Müasir zamanın tələbi də məhz bizlərdən müasir prosesləri anlayan yeni insan, innovativ dəyər yaratmağı bacaran yeni gənclik formalaşdırılmasını tələb edir. Akademik elmimizin gənc əsgərləri olaraq hər zaman dövlətimizin yanındayıq.

Famin SALMANOV,

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM