Alternative content

19:26 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avropa Gənclər Olimpiya Festivalının komanda növlərində bütün qruplar məlumdur
Avropa Gənclər Olimpiya Festivalının komanda növlərində bütün qruplar məlumdur
ANA SƏHİFƏ / İDMAN
00:33 05.05.2019


Avropa Gənclər Olimpiya Festivalının komanda növlərində qruplar müəyyənləşib. Bakı-2019-da 3 növ üzrə yarış keçiriləcək. Bunlar voleybol, basketbol və həndboldur.

Adları ilk 2 çəkilən növlərdə qrupların tərkibi ölkələrin müvafiq yaş qrupları üzrə yarışlarda göstərilən nəticələr əsasında əldə olunan reytinqlə müəyyən olunub. Buna görə, püşkatma yalnız həndbolda keçirilib.

Rəqabət ümumilikdə 8 komanda arasında keçiriləcək. Oğlan voleybolçuların yarışlarında "A” qrupunda Azərbaycan millisi ilə bərabər, Almaniya, Rusiya, Belarus mübarizə aparacaq. "B” qrupunda Çex Respublikası, İtaliya, Bolqarıstan və Belçika yer alıblar. Qızlarda "A” qrupunda Rusiya, Bolqarıstan, Rumıniya və Azərbaycan, "B” qrupunda isə İtaliya, Türkiyə, Belarus və Almaniya yığmaları var.

Basketbolçu oğlanlarda "A”-da Xorvatiya, Fransa, Serbiya və Azərbaycan , "B”-də İspaniya, Türkiyə, Yunanıstan və Litva milliləri üz-üzə gələcəklər. Qızlarda "A” qrupunda İtaliya, Fransa, Rusiya və Belçika, "B” qrupunda Çex Respublikası, Türkiyə, Macarıstan və Polşa yığmaları yer alıblar.

Püşkatmanın nəticələrinə əsasən, oğlan həndbolçularda Azərbaycan millisi "A” qrupunda Danimarka, Almaniya, Serbiya ilə qələbə uğrunda çıxış edəcək. "B”-də mübarizə İslandiya, Xorvatiya, Fransa və Sloveniya komandaları arasında olacaq. Qızlarda "A”-da Fransa, Rumıniya, Niderland və İspaniya, "B” qrupunda isə Macarıstan, İsveçrə, Çex Respublikası və Azərbaycan milliləri qarşılaşacaqlar.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM