Alternative content

17:57 24 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Müasir idman iqtisadiyyatının aparıcı qüvvəsi
Müasir idman iqtisadiyyatının aparıcı qüvvəsi
ANA SƏHİFƏ / İDMAN
00:30 05.05.2019


Son illər ölkəmiz bir çox beynəlxalq idman layihələrinə evsahibliyi edib.


2015-ci ildə I Avropa Oyunları


50-dən çox ölkənin iştirak etdiyi bu tədbirə hazırlıq 2013-cü ildə başlandı. Təşkilat Komitəsi yaradıldı, yeni stadionlar tikildi və təmir olundu, bütün idman məkanları beynəlxalq standartlara cavab verən şəkildə istifadəyə verildi. Şəhər infrasturktunda yenilənmə işləri həyata keçirildi. 2 min nəfərədək yerli əməkdaş işlə təmin olundu, 20 minə yaxın könüllünün cəlb edildiyi bu tədbir ilk dəfə keçirildiyindən Avropada və idman aləmində xüsusi marağa səbəb oldu və Azərbaycan yeni standartlara imza atdı. 8000 nəfərlik Atletlər kəndi, 20-ə yaxın idman məkanı tam hazır vəziyyətə gəitirildi.


2016-cı ildə I Formula Qran-pri yarışı (sonradan 2017, 2018, 2019-cu illərdə)


Tamaşaçı auditoriyasına görə xüsusi əhəmiyyət kəsb edən bu yarış dünyada cəmi 3 şəhərdə, o cümlədən Bakıda ilk dəfə keçirilməsinə naıl olmaqla bərabər böyük turizm axınına səbəb oldu. Hər il 300-ə yaxın könüllü cəlb olunmaqla şəhər tamamilə yeni bir libasa bürünür və dünya idman televiziya kanalları Bakının gözəl mənzərəsini təblig edir. Müqaviləyə əsasən, 2023-cü ilədək Bakı bu beynəlxalq yarışa evsahibliyi edəcək.


IV İslam Həmrəyliyi Oyunları


2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları Bakıda möhtəşəm təşkilatçılıq ilə keçirildi. 55-dən artıq ölkədən iştirak edən idmançıların yarışı ən yüksək səviyyədə hazırlandı və müasir idman məkanlarında keçirildi, Avropa, Asiya telekanalları ilə yayımlandı. 6000-dən artıq könüllü bü işlərdə fəal iştirak etdi və müsəlman aləmində yeni bir tarix yazıldı.

Göründüyü kimi, gənc və müstəqil dövlət üçün belə möhtəşəm tədbirlər keçirmək xüsusi diqqət, qayğı, səriştə tələb edirdi ki, Azərbaycan bunun öhdəsindən layiqincə gəldi.

İnsan kapitalı, müasir idman məkanları, könüllülük hərəkatı, beynəlxalq tədbirlər keçirmək təcrübəsi, iqtisadi gəlirlər, turizmin inkişafı, ölkəmizin tanıdılması nöqteyi-nəzərindən bu tədbirlərdən qalan irs xüsusi yer tutur.


Ən mühüm ənənələrdən biri də könüllülükdür


Bu gün tarixə çevrilən həmin tədbirlərə nəzər salsaq, görərik ki, cəmiyyətə irs kimi qalan ən mühüm ənənələrdən biri də könüllülükdür. On minlərlə gəncin belə tədbirlərdə fəal iştirakı olmasaydı, hər hansı bir uğurdan danışmaq mümkün deyildi. İlk dəfə 2014-cü ildə təşkil olunan I Avropa Oyunlarına hazırlıq prosesində ölkəmizə dəvət olunan xarici mütəxəssislər tədbir üçün 20 minə yaxın könüllünün qeydiyyatı, seçimi, təlimləri, təhlükəsizliyi, qidalanması, nəqliyyatı, iş paltarları ilə təmin olunması barədə danışanda mən bunun mümkün olmayacagı fikrindəydim. Axı 10-12 il ərzində belə təcrübəsi olmayan bir ölkədə bu işləri ugurla görmək və bu məsuliyyəti başa düşmək elə də asan deyildi. 12000 əməliyyat könüllüləri, 5000 mərasim könüllüləri bir araya gətirmək, ailəyə cəlb etmək, təlimləndirmək böyük bir iş planı tələb edirdi.

Biz əvvəlcə təşviqata başladıq. Oyunların mahiyyəti, idmanın təşviqi, ölkənin beynəlxalq xəritədə tanınması kimi mühüm vəzifələrin universitet auditoriyalarında dəfələrlə keçirdiyimiz görüşlərdə izahını verdik. Sualları, maraqları məntiqli cavablarla qarşıladıq. Qısa müddətdə sosial şəbəkədə, televiziya, radio verilişlərində çıxış etdik. Lazımi məlumatları potensial könüllülük bazasını formalaşdıran gənclərə, idman ictimaiyyətinə izah etdik. Sonra internet vasitəsilə qeydiyyat elan etdik. Fərdi müsahibələrə başladıq, könüllülərin bilik, xarici dil, kütlə ilə işləmək, komanda formasında nailiyyət qazanmaq bacarıqlarını araşdırdıq. Nəhayət, bizə lazım olan sayda könüllünü oyunlara qatılmaq, birgə çalışmaq, təcrübə toplamaq üçün ailəyə dəvət etdik. Böyük siyahı təsdiq edildikdən sonra təlimlər başladı və üç hissədən ibarət təlimlərdə həm müasir dünyagörüşü, azərbaycançılıq, həm tolerantlıq, saglam həyat tərzi, nizam-intizam, mədəniyyət haqqında müfəssəl müzakirələr təşkil etdik. Təlimlərin sonunda onlarla hüquqi müstəvidə könüllülük müqaviləsi imzalayaraq məkan (idman yarışı keçiriləcək yer) təlimlərinə başladıq. Bu, bizim üçün ən vacib məqam idi. Çünki könüllü ilk dəfə nə edəcəyini, necə edəcəyini bilməli və məsuliyyətini anlamalı, bu işin fəxarət hissini duymalı idi.

Beləcə, qeyd etdiyim və etmədiyim işlər bütün tədbirlərdə təkrarlanır və hər dəfə yeni könüllü ordusu yaranır ki, bu da fikrimcə, cəmiyyətin "qızıl fondu” sayıla bilər. Həmin gənclər tək tədbir təşəkkürnaməsi deyil, yüzlərcə dost, iş təcrübəsi, xarici dillərdə ünsiyyət, özünütəsdiq, vətənə məhəbbət, intizam, təhlükəsizlik kimi dəyərlərin necə yarandığının şahidi olurlar. Onlar artıq könüllülüyə həm də yeni iş yeri, peşə mənbəyi kimi baxırlar.


Valideynlər öz övladlarını israrla könüllülüyə sövq edirlər


Gənclərə bəzən ailədə, universitetlərdə, iş yerlərində verilməyən bir təcrübə həyatda o qədər gərəkli olur ki, onlar özlərində yeni keyfiyyətlər aşkar edir və bundan çox məmnun qalır, sevinirlər, həyata yeni ümidlərlə baxırlar. "Mən bilmirdim ki, yüzlərlə gənci idarə edə bilərəm”, "Menecerim mənimlə dost oldu, hələ də yazışırıq”, "Mən yorulurdum, amma evə tez qayıtmaq istəmirdim”, "Könül rahatlığıyla vətənim üçün nə etmişəm, deyə bilərəm”, "Başım bərk agrıyırdı, hamı narahat idi, ilk dəfə ətrafımda bu qədər kömək etmək istəyən gördüm”, "Himnimiz səslənəndə məni ağlamaq tutdu” kimi sözlər könüllülərin tədbirlərdən sonrakı fikirlərindəndir... Məncə, buradan hər şey aydındır.

Elçin SƏFƏROV,

Tədbir Əməliyyat Komitəsinin baş direktoru



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM