04 May 2019 21:20
815
İDMAN
A- A+

V İslam Həmrəyliyi Oyunlarına Konya ev sahibliyi edə bilər


Türkiyənin Konya şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (IHIF) Əlaqələndirmə Komissiyasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Türkiyənin Gənclər və İdman Nazirliyinin rəsmiləri, şəhər bələdiyyəsinin sədri, Türkiyənin idman federasiyalarının prezidentləri və IHIF-nin Əlaqələndirmə Komissiyasının üzvləri iştirak ediblər. İclasa IHIF İcraiyyə Komitəsinin və Əlaqələndirmə Komissiyasının üzvü, qadın və idman komitəsinin rəhbəri Könül Nurullayeva da qatılıb.

Tədbirdə V İslam Həmrəyliyi Oyunlarının keçirilmə tarixi, idman proqramı, oyunların rəsmi loqo və maskotu, veb-səhifənin hazırlanması, ümumi qaydalar, 2021-ci ilədək iş planı və s. məsələlər müzakirə edilib. Bununla yanaşı, Oyunların ev sahibliyi hüququnun İstanbuldan Konyaya verilməsi məsələsi də müzakirə edilib. Habelə IHIF İcraiyyə Komitəsinin 31-ci iclasının və 11-ci Baş Assambleyasının bu il Türkiyədə keçirilməsi haqda qərar qəbul olunub.

K.Nurullayeva V İslam Həmrəyliyi Oyunları ərəfəsində Türkiyədə "Qadın: Cəmiyyətin tərkib hissəsi”, "Qadın və idmanda həmrəylik konfransı” mövzularında silsilə tədbirlərin keçirilməsi barədə təklif irəli sürüb.

Əlaqələndirmə Komissiyasının üzvləri üçün Konyada idman obyektlərinə baxış təşkil edilib.

Qeyd edək ki, Bakı 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edib. Oyunlarda 56 ölkədən 3 mindən çox atlet idmanın 21 növü üzrə mübarizə aparıb. Mötəbər turnirdə 75 qızıl, 50 gümüş və 37 bürünc medal qazanan Azərbaycan millisi birinci olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video