Alternative content

16:03 25 May 2019
ONLINE XƏBƏR LENTİ
11:07 25.05.2019 Saxta balın zərərləri
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Milli Məclisi sədrinin rəhbərliyi ilə nümayəndə heyəti İtaliyaya səfər edəcək
Azərbaycan Milli Məclisi sədrinin rəhbərliyi ilə nümayəndə heyəti İtaliyaya səfər edəcək
ANA SƏHİFƏ / PARLAMENT
21:06 04.05.2019

Mayın 6-da Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti İtaliyanın paytaxtı Roma şəhərinə səfər edəcək.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinin tərkibinə İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Azər Kərimli, deputatlardan Ülviyyə Ağayeva, Vahid Əhmədov, Elşad Həsənov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Səfər zamanı nümayəndə heyətinin üzvləri İtaliya Senatının və Deputatlar Palatasının rəhbərliyi, Azərbaycanla dostluq qrupunun təmsilçiləri ilə görüşlər keçirəcək, qanunvericilik orqanları arasında əlaqələrin bu günü və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparacaqlar. Milli Məclisin nümayəndə heyəti İtaliya parlamentinin qanunvericilik fəaliyyəti ilə yaxından tanış olacaq.

Səfər mayın 8-də başa çatacaq.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM