04 May 2019 02:28
466
CƏMİYYƏT
A- A+

Bakıda Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunan konfrans keçirilib


Mayın 3-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü ilə əlaqədar "Mətbuat azadlığı: bəşəri mahiyyət və Azərbaycan reallıqları” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad ediblər.

Sonra "Əkinçi” qəzetinin yaradıcısı, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı ziyarət olunub.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov konfransda çıxış edərək bildirib ki, bu gün Azərbaycan mətbuatı kifayət qədər inkişaf edən realist, müstəqil, hadisələrə milli maraqlardan baxmağa qadir olan mətbuatdır. O, Azərbaycan mətbuatının dünyanın inkişaf edən mediasının tərkib hissəsi olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanda baş verən hadisələr bu və ya digər yolla - istər media, istərsə də sosial şəbəkələr vasitəsilə ictimaiyyətə çatdırılır. Bu gün Azərbaycanda 3 milyon insan sosial şəbəkələrdən istifadə edir.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Azərbaycanda söz və mətbuat azadlığı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün söz azadlığının hüdudları o qədər genişdir ki, bu, medianın inkişafı deməkdir. Bu günün jurnalistləri çox xoşbəxtdirlər ki, belə azad şəraiti olan mətbuat orqanlarında çalışırlar. H.Babaoğlu vurğulayıb ki, milli mətbuatımız bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olub.

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev deyib ki, bu gün informasiya bolluğu şəraitində yalanla həqiqəti ayırd etmək çətin olur. Bu isə qlobal dünyada müəyyən mənfi hallara yol açır. Buna görə də informasiya seçimində diqqətli olmaq lazımdır.

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət, İdarə Heyətinin üzvü, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, İdarə Heyətinin üzvü, "Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, İdarə Heyətinin üzvü, "Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Şura sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli, "Xalq qəzeti”nin əməkdaşı Tahir Aydınoğlu və başqaları çıxış edərək Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması, mətbuatın inkişafı istiqamətində görülən işlərdən danışıblar.

Konfrans müzakirələrlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video