Alternative content

05:08 12 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:58 12.12.2019 Xilaskar Lider
00:56 12.12.2019 Tarix yaradan şəxsiyyət
00:41 12.12.2019 Qəlblərdə yaşayan dahi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şəki-Zaqatala bölgəsində onkoloji xəstəliklərin erkən diaqnostikası məqsədilə profilaktik tibbi müayinələr aparılır
Şəki-Zaqatala bölgəsində onkoloji xəstəliklərin erkən diaqnostikası məqsədilə profilaktik tibbi müayinələr aparılır
ANA SƏHİFƏ / Səhiyyə
02:27 04.05.2019


Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin (MOM) və Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə onkoloji xəstəliklərin erkən diaqnostikası məqsədilə ölkənin şimal-qərb bölgəsində əhali arasında skrininq proqramına uyğun olaraq aprelin 26-dan ödənişsiz profilaktik tibbi müayinələr aparılır.

AZƏRTAC xəbər verir ki, Milli Onkologiya Mərkəzinin aparıcı həkim və mütəxəssislərinin cəlb edildiyi tədbirin əsas məqsədi şişönü və şiş xəstəliklərini erkən müayinə vasitəsilə aşkar edərək, vaxtında müalicəsini aparmaqdır. Bu məqsədlə bölgəyə Bakı şəhərindən səyyar mammoqrafiya, ultrasəs və rentgen müayinəsi avadanlıqları gətirilib.

Skrininq proqramı çərçivəsində MOM-un səyyar həkim briqadaları aprelin 26-27-də Balakən rayonunda, aprelin 28-29-da Zaqatala şəhərində, 30 aprel-1 may tarixində isə Qax rayonunda olublar. Bu müddət ərzində böyük növbələrlə müşahidə edilən tədbir zamanı ümumilikdə 2842 nəfər onkoloji müayinədən keçib, onlardan 49-da şiş xəstəliyinə şübhə simptomları aşkarlanıb.

Mayın 3-də Şəki Şəhər Mərkəzi Xəstəxanasında onkoloji xəstəliklər müəyyən edilmiş xəstələr üzərində Milli Onkologiya Mərkəzinin əməkdaşları tərəfindən onkoloji əməliyyatlar aparılması planlaşdırılır.

Bu gün Şəkidə Heydər Əliyev Mərkəzində "Bədxassəli şişlərin diaqnostika və müalicəsinə müasir yanaşma” mövzusunda elmi-praktik konfrans keçiriləcək. Konfransın proqramına uyğun olaraq, MOM-un bölgədə səyyar müayinələrdə olan tibb heyəti yerli həkimlərə və mütəxəssislərə ən yeni tibbi protokollar və müalicə üsulları barədə geniş məlumatlar verəcəklər. Konfransın proqramında Şəki, Ucar, Göyçay, Ağdaş, Mingəçevir, İsmayıllı, Yevlax, Qəbələ, Oğuz, Zaqatala, Balakən rayonlarında çalışan yerli tibb nümayəndələri ilə MOM əməkdaşlarının onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi ilə bağlı geniş fikir mübadiləsinin və diskussiyaların aparılması da nəzərdə tutulur.

Şəki-Zaqatala bölgəsində əhali arasında skrininq proqramı davam edir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM