04 May 2019 02:25
1709
ELANLAR
A- A+

“Bakı Marafonu - 2019”da “Azercell” sağlam həyat tərzi ideyası ətrafında minlərlə insanla həmrəy olacaq


Ölkəmizdə idmana olan marağı daha da artırmaq, cəmiyyət arasında sağlam həyatı təbliğ etmək və minlərlə insanı bu fikir ətrafında cəmləmək məqsədilə may ayının 5-də Dövlət Bayrağı Meydanından Bakı Olimpiya Stadionuna qədər 21 kilometrlik məsafəni əhatə edən "Bakı Marafonu - 2019” keçiriləcək. "Küləyə Qalib Gəl” şüarı altında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutacaq bu marafon sayca dördüncüdür. Yalnız vətəndaşlarımızın deyil, əcnəbilərin iştirakçı qismində qatıldığı bu genişmiqyaslı layihə hər il minlərlə insan tərəfindən böyük maraqla qarşılanır.

Yenilikçi təşəbbüslərin, sosial layihələrin həm dəstəkçisi, həm də təşkilatçısı olan "Azercell Telekom” MMC "Bakı Marafonu-2019”un eksklüziv tərəfdaşıdır.

Dənizkənarı Bulvar İdarəsi, Bakı Olimpiya Stadionu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, "Regional İnkişaf” İctimai Birliyi, eləcə də AFFA və SOCAR marafonun dəstəkçiləri qismində çıxış edir. Layihənin icrasını isə "Sport Marketing Group” (SMG) şirkəti həyata keçirir.

Rəqəmsal eranın tələblərinə uyğun olaraq, builki marafonda bir yenilik tətbiq edilib. Belə ki, iştirakçılar taymkiperlərlə təchiz olunub. Bu xüsusi çip sayəsində iştirakçıların hərəkət istiqamətini izləmək, finiş xəttini ilk keçən şəxsləri dəqiq şəkildə təyin etmək, beləliklə də, yarışda şəffaflığı təmin etmək mümkün olacaq.

Müasir dünya cəmiyyətində gündəmdə olan sağlam həyat tərzi və insan həyatının keyfiyyətinin artırılması ideyasının ölkəmizdə də təbliğ edilməsinə öz Korporativ Sosial Məsuliyyət Strategiyasında xüsusi diqqət ayıran "Azercell Telekom” MMC hər kəsi bu fəlsəfəni yaşatmağa səsləyir.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video