03 May 2019 22:47
391
SİYASƏT
A- A+

İRNA: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal problemlərin həlli istiqamətində atılan səmərəli addımdır


İranın İRNA dövlət informasiya agentliyində V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında yazı yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, yazıda Forum haqqında məlumat verilir. Qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu Forum qlobal problemlərin həlli istiqamətində atılan səmərəli addımdır. Dünyada tanınmış siyasi xadimlərinin Forumda çıxışı və yeni təklifləri xalqların və dövlətlərin yaxınlaşmasına və dünyada mövcud olan problemlərin aradan qalxmasına köməklik göstərir.

Yazıda Prezident İlham Əliyevin Forumun açılışındakı çıxışına da yer verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video