Alternative content

00:13 15 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ADMİU-da akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının təqdimatı olub
ADMİU-da akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının təqdimatı olub
ANA SƏHİFƏ / Elm və texnika
22:46 03.05.2019

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının təqdimatı keçirilib.

ADMİU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rektor, professor Ceyran Mahmudova tariximizin xanlıqlar dövrünə həsr olunan kitabın Azərbaycan humanitar elmlər sahəsi üçün əhəmiyyətindən danışıb. Bildirib ki, akademik Ramiz Mehdiyevin bu kitabı Azərbaycan tarixində olan boşluqların aradan qaldırılmasına xidmət edir.

Ceyran Mahmudova deyib: "Artıq iki aya yaxındır ki, hörmətli akademik Ramiz Mehdiyevin "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabı işıq üzü görüb. Akademik Ramiz Mehdiyev ölkəmizin tarixi ilə bağlı bir sıra dəyərli kitabların müəllifidir. Onun bir çox kitabları Azərbaycan tarixinin istər qədim, istərsə də müasir dövrlərini araşdıran dəyərli qaynaqlardır. "Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri”, "Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi”, "XXI əsrdə milli dövlətçilik: Demokratik inkişaf və müxalifət”, "Tarixi idrakın elmiliyi problemlərinə dair”, "Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” - bu kitabların hər biri Azərbaycan tarixinin dünənini və bu gününü əhatə edən dəyərli araşdırmalardır. Xanlıqlar dövrünün siyasi təhlilinə və tarixi dəyərləndirilməsinə həsr olunan, 22 orijinal sənəddən və bu sənədlərin geniş təhlilindən ibarət "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” adlı sanballı tədqiqat işində müəllif xanlıqlar dövrünün Azərbaycan tarixindəki rolunu, dövrün obyektiv siyasi mənzərəsini canlandırır. Əslində, xanlıqlar dövründən yazanda akademik Ramiz Mehdiyev ölkəmizin bu günü ilə bağlı da bizə bir çox işarələr verir. Yarım əsrlik dövrü əhatə edən xanlıqlar dövrü Azərbaycanın parçalanması, xanlıqlara bölünməsi ilə bağlı idi. Xanlıqlar dövrü vahid Azərbaycanın yaranmasına əngəl olub. Xanlıqlar arasındakı daxili çəkişmələrdə, müharibələrdə soydaşlarımızın qanı tökülüb. Ötən əsrin 90-cı illərinin əvvəllərində də biz qardaş qırğınının astanasında idik. Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin başında durmasaydı, xalqımızın başına hansı müsibətlərin gələcəyini təsəvvür etmək belə dəhşətlidir. Biz o zaman çox çaşqın vəziyyətdə idik. Bilmirdik, gələcəyimiz necə olacaq. Belə bir zamanda ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi öz əlinə götürməsi bizim üçün böyük xoşbəxtlik oldu. Biz bu vəziyyətdən çıxa-çıxa təhlükəsiz, sabit həyat yaşamağa başladıq. Azərbaycan qısa zaman ərzində öz siyasi, iqtisadi gücünü artıraraq, regionun lider dövlətinə çevrildi. Kitabda xanlıqlar dövrü sənədlərlə geniş şəkildə şərh olunur. Biz görürük ki, xanlıqlar dövründə Azərbaycana qarşı yürüdülən "parçala və hökm sür” siyasətini 90-cı illərdə də bizə qarşı tətbiq etmək istəyirdilər. Mənə elə gəlir ki, akademik Ramiz Mehdiyevin bu mövzuya müraciət etməsi heç də təsadüfi deyil. Çünki tarixi unutmaq olmaz. İnsan öz xalqının taleyini, onun hansı məşəqqətlərdən keçdiyini, hansı bəlalarla üz-üzə olduğunu unutmamalıdır. Akademik Ramiz Mehdiyev yazır: "Bütövlükdə ictimaiyyətimiz, xüsusilə də alimlərimiz özləri üçün birdəfəlik yəqin etməlidirlər ki, milli şüurun təşəkkülü prosesi, milli məfkurənin, düşüncənin yaranması kortəbii şəkildə baş vermir. Milli şüurun təşəkkülü dövlət quruculuğu qədər mürəkkəb və çoxmərhələli bir prosesdir. Onun düzgün istiqamətdə inkişaf etməsi, dayanıqlı və praktik cəhətdən faydalı olması üçün dərindən düşünülmüş, bütün zəruri detalların nəzərə alındığı çevik, mütəhərrik strategiya işlənib hazırlanmalıdır”. Bu kitabı olduqca faydalı, vaxtında işlənmiş dəyərli bir əsər kimi qiymətləndirirəm. Müxtəlif təhsil ocaqlarında kitabın təqdimat və müzakirələri həyata keçirilib və onlar bu gün də davam edir”.

ADMİU-nun elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Məryəm Əlizadə akademik Ramiz Mehdiyevin həm siyasi, həm də elmi fəaliyyətinin əhəmiyyətini vurğulayıb və zəngin təcrübəyə və hərtərəfli elmi düşüncəyə malik alimin qələmindən çıxmış kitabın böyük elmi əhəmiyyətə malik olduğunu vurğulayıb: "Mənim üçün əlamətdar olan bir məqam da var ki, bu kitabda Azərbaycan mədəniyyətindən də söz açılır. Kitabda xanlıqlar dövrünün həm mənfi tərəfləri, həm də müsbət cəhətləri işıqlandırılır. Bu kitab bizim sahə üçün mədəniyyət sahəsinin öyrənilməsi baxımından da böyük əhəmiyyət kəsb edir”.

Universitetin beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Gülşən Kəngərli akademik Ramiz Mehdiyevin qələmə aldığı digər elmi əsərlər kimi, bu kitabın da geniş elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılandığını vurğulayıb: "Elmi əsərin qiymətini müəyyənləşdirən onun yalnız hansı sualları qaldırması, hansı suallara cavab verməsi deyil, həm də hansı problemlərin həll olunması haqqında proqnoz verməsidir. Əsərin müqəddimə hissəsində qaldırılan məsələlər Azərbaycan tarixşünaslığının gələcək inkişafı üçün proqram səciyyəsi daşıyır. Hörmətli akademik kitabında Azərbaycan tarixi üçün son dərəcə əhəmiyyətli bir məsələni gündəmə gətirir və tarixi problemlərin işığında bugünkü problemləri çözməyə çağırır. Müəllif məsələyə həm tarixçi, həm filosof, həm də müdrik və təcrübəli bir dövlət xadimi kimi yanaşır. Hesab edirəm ki, bu əsər çox qiymətli bir əsərdir və kitabın müəyyən hissəsinin dərsliklərə salınması gənclər üçün də çox vacibdir”.

Tədbirdə rektorun humanitar məsələlər üzrə müşaviri professor Aqşin Babayev, kino və televiziya fakültəsinin dekanı, dosent Mübariz Məmmədli, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Xaləddin Sofiyev, fəlsəfə elmləri doktoru, professor Əlikram Hümbətov, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Fəridə Səfiyeva, ədəbi yaradıcılıq və ekran dramaturgiyası kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, dosent Əli Əmirli çıxış edərək akademik Ramiz Mehdiyevin "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının məziyyətlərindən danışıblar.

Çıxışlarda "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının tarixçilər, mənbəşünaslar, ədəbiyyatşünaslar üçün mühüm elmi mənbə kimi böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb. Kitabın fənn proqramlarına, təqvim planlarına daxil edilməsi təklifi irəli sürülüb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM