03 May 2019 22:44
2143
PARLAMENT
A- A+

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib


Mayın 3-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Əli Hüseynli gündəlik barədə məlumat verib.

İclasda əvvəlcə Azərbaycan Respublikasının Milli Məclisinə qanun layihələrinin təqdim edilməsi ilə bağlı məsələyə baxılıb. Bildirilib ki, ümumxalq səsverməsi ilə ölkə Konstitusiyasına edilmiş əlavələr və dəyişikliklərdən sonra seçki hüququ olan 40 min vətəndaşın qanunvericilik təşəbbüsü hüququ 96-cı maddədə öz əksini tapıb. Burada aydın şəkildə qeyd olunur ki, vətəndaşların bu hüquqdan istifadə etməsi qaydası qanunla tənzimlənir.

Bildirilib ki, Milli Məclisə bir qrup vətəndaşın imzası ilə bir neçə qanun layihəsi daxil olub. Bununla bağlı imzaların yoxlanılması üçün işçi qrupu yaradılıb.

İclasda iştirak edən Mərkəzi Seçki Komissiyasının üzvü Etibar Quliyev işçi qrupun fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, aparılan araşdırma zamanı bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, sənədlərdə olan 41 min 500 vətəndaşın imzası nəzərdən keçirilib və əldə edilən nəticəyə əsasən, lazım olan 40 min imza toplanmayıb.

Müzakirələr zamanı komitə üzvləri Elşən Musayev, Qüdrət Həsənquliyev, Çingiz Qənizadə, Sabir Hacıyev, Tahir Kərimli məsələ ilə əlaqədar öz fikirlərini bildirib, bu sahədə dünya təcrübəsindən danışıblar. Müzakirələrin sonunda qərara alınıb ki, Azərbaycan Respublikasının Milli Məclisinə qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmiş qanun layihələri prosedur qaydaları pozulduğuna görə müzakirəyə çıxarılmasın.

Sonra Mülki Məcəllədə, "Yol hərəkəti haqqında” və "Notariat haqqında” qanunlarda dəyişikliklərin edilməsi ilə əlaqədar məsələlərə baxılıb. Əli Hüseynli diqqətə çatdırıb ki, sənədlərə uyğunlaşdırma məqsədilə bir sıra texniki düzəlişlər edilib. Belə ki, Mülki Məcəllənin 965.2 və 965.3-cü maddələrində "Hesabdakı” və "Bir” sözləri "Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmayıbsa, hesabdakı (bir)” ifadəsi ilə əvəz olunur.

"Yol hərəkəti haqqında” və "Notariat haqqında” qanunların müvafiq maddələrində "hüquqi şəxslər” sözlərindən sonra ("dövlət qurumları”) sözləri əlavə edilir, "xəta haqqında elektron protokol tərtib olunur” ifadəsi "tənbeh vermə haqqında elektron qərar çıxarılır” sözləri ilə əvəz olunur.

Müzakirələrdə çıxış edən deputatlar göstərilən dəyişikliklərin məqsədəmüvafiq olduğunu bildiriblər və qanun layihələrini Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video