03 May 2019 22:36
776
Mədəniyyət
A- A+

Azərbaycan ilə Əlcəzair arasında mədəniyyət sahəsində əlaqələr daha da genişlənir


Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev Əlcəzair Xalq Demokratik Respublikasının yeni mədəniyyət naziri xanım Məriəm Mərdaci ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Ə. Qarayev əlcəzairli həmkarını yeni təyinat münasibətilə təbrik edib və ona forumda iştirakına görə minnətdarlığını bildirib.

Görüş zamanı tərəflər Azərbaycanla Əlcəzair arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə hazırlanması iki hökumət arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında protokolun imzalanması ilə bağlı müzakirələr aparıblar.

Ə.Qarayev mədəniyyət sahəsində əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək bu sazişin imzalanması təklifinə görə əlcəzairli həmkarına öz təşəkkürünü bildirib.

Azərbaycanın ISESCO çərçivəsində uğurlu əməkdaşlığından danışan Ə.Qarayev təşkilatın Əlcəzairdə keçirilən sonuncu sessiyasında iştirak etdiyini bildirib. Deyib ki, Əlcəzair Azərbaycanın təşəbbüskarı olduğu "Bakı Prosesi”ndə daha fəal rol oynaya bilər və iki ölkə arasında nəzərdə tutulan bu cur sazişlər mədəniyyət sahəsində əlaqələrin daha da genişlənməsinə təkan verəcəkdir.

Məriəm Merdaci vurğulayıb ki, mədəniyyət sahəsində əməkdaşlıq üçün tədbirlər planı artıq hazırdır və bu saziş imzalandıqdan sonra tərəflər fəal olaraq teatr, muzey, ədəbiyyat sahəsində mübadilə proqramları təşkil edərək bu əməkdaşlığı daha da gücləndirə biləcəklər.

Sonda Ə.Qarayev ən qisa müddətdə bu sazişin imzalanacağına əminliyini ifadə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video