03 May 2019 22:33
468
SİYASƏT
A- A+

Nazirlər Kabinetinin Aparatının iclası keçirilib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qaldırılan məsələlərlə əlaqədar Nazirlər Kabineti Aparatının iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Nazir Novruz Məmmədov 2019-cu ilin birinci rübündə ölkəmizin əldə etdiyi uğurlu nəticələrdən, aparılan iqtisadi islahatlardan, yeniliklərdən bəhs edib və Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi istiqamət və hədəflərin hökumət üçün əsas meyar olduğunu bildirib. Baş Nazir ilin birinci rübündə aparılan ciddi sosial əhəmiyyətli islahatların, verilən qərarların Azərbaycan ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirildiyini, ölkəmizin həm regional, həm də dünya miqyasında reytinqinin daha da yüksəlməsinə səbəb olduğunu vurğulayıb. Xüsusən də, dövlətimizin başçısının əhalinin aztəminatlı təbəqəsinin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, məcburi köçkünlərin sosial problemlərini daim diqqətdə saxlaması Nazirlər Kabineti üçün də prioritet məsələlərdən biridir. Bununla yanaşı, vergi və gömrük sahələrində institusional dəyişikliklər, şəffaflıq və sağlamlaşdırma tədbirləri də müsbət dəyişikliklərlə nəticələnib. Ölkədə bütün iqtisadi göstəricilər üzrə davamlı inkişaf müşahidə olunur, icra edilən böyük investisiya və infrastruktur layihələri iqtisadiyyata öz töhfəsini verir. İlin birinci rübündə Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş "SOCAR karbamid” zavodunun istifadəyə verilməsi, "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın, "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi, o cümlədən ölkədə aqrar sahənin şaxələndirilməsi və dayanıqlı inkişafı istiqamətində atılan addımlar dövlətimizin başçısının apardığı məqsədyönlü siyasətin əməli nəticələridir.

İclasda sosial-iqtisadi inkişafın nəticələrinə dair ətraflı fikir mübadiləsi aparıldı. Baş Nazir Novruz Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı Aparatın aidiyyəti şöbələrinə müvafiq göstərişlər verdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video