03 May 2019 22:30
476
CƏMİYYƏT
A- A+

Hansı hallarda canavarların vurulmasına görə vətəndaşı heç bir cərimə və cəza gözləmir?


Özünümüdafiə və təsərrüfatını qorumaq məqsədilə canavarların vurulmasına görə vətəndaşı heç bir cərimə və cəza gözləmir.

AZƏRTAC xəbər verir ki, bu barədə nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə mayın 3-də keçirilən mətbuat konfransında məlumat verib.

Departamentin direktoru bildirib ki, 1979-cu ildə qəbul olunan, Avropanın vəhşi təbiəti, yabanı florası və təbii yaşayış mühitinin qorunması Konvensiyası canavarların ovlanmasını qadağan edir. Azərbaycan bu Konvensiyanı 1999-cu ildə ratifikasiya edib. Bu səbəbdən də istisnalar olmaqla bir sıra vəhşi heyvanların, o cümlədən canavarların ov obyekti kimi vurulmasına icazə verilmir. Meşənin içində, canavar və digər vəhşi heyvanların təbii areallarında onları səbəbsiz olaraq əyləncə naminə öldürmək olmaz.

Vətəndaşların təhlükəsizliyi nöqteyi-nəzərindən canavarların sayının tənzimlənməsi mümkündür, lakin bu elmi əsaslarla həyata keçirilməlidir. Belə ki, əgər canavar yaşayış məntəqəsinə və ya otlaq sahələrində otlayan mal-qaraya hücum edirsə və bu hal təkrarlanaraq əhalinin təhlükəsizliyinə, kənd təsərrüfatı heyvanlarına ciddi təhdid yaradırsa, onun vurulması, sayının tənzimlənməsi mümkündür. Buna görə heç bir cərimə və ya cəza tətbiq olunmur. Çünki Azərbaycan qanunvericiliyində özünümüdafiə tədbirləri üçün xüsusi maddələr mövcuddur və kəndli yaxud, təsərrüfat sahibi yırtıcıların hücumları zamanı özünü, təsərrüfatını qorumaq hüququna malikdir.

Qeyd edək ki, vəhşi heyvanların, o cümlədən canavarların kəndlərə, insanlara hücumlarının qarşısının alınması üçün nazirlik tərəfindən bir neçə il əvvəl müvafiq regional şöbələrə göstərişlər verilib və işçi qruplar yaradılıb. Bu işçi qruplar yırtıcıların hücumu ilə bağlı müraciətlər daxil olduqda ərazilərə gedərək araşdırma aparır və mövcud problemlərin aradan qaldırılması üçün tədbirlər görürlər.

Son dövrlər bu halların daha da intensivləşməsi ilə bağlı nazirliyin əksər aidiyyəti yerli qurumlarında əməkdaşlar və peşəkar ovçulardan ibarət işçi qruplar yaradılıb. Bu qruplar insanlara təhlükə yaradan ərazilərdə yırtıcıların sayının tənzimlənməsini diqqətdə saxlayır, növbətçilik təşkil edir, əhali arasında maarifləndirmə işləri həyata keçirirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşlardan xahiş edir ki, təsərrüfatlarında zəruri mühafizə tədbirləri görsünlər və təhlükə barədə dərhal nazirliyin 168 nömrəli "Qaynar xətt”inə məlumat versinlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video