03 May 2019 22:18
699
Mədəniyyət
A- A+

V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb


Bakıda "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında təşkil olunmuş V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mayın 3–də başa çatıb.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın Koventri Universitetinin İnam, Sülh və Sosial Əlaqələr Mərkəzinin icraçı direktoru, professor Mayk Hardi Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Tədbirin əhəmiyyətindən danışan alim deyib: "Forumun çox zəngin proqramı var. İki gün ərzində bizim müzakirə etdiyimiz məsələlər beynəlxalq əməkdaşlıq baxımından çox önəmli idi. Aparılan müzakirələr bizi yenidən bu məsələləri nəzərdən keçirməyə vadar edir. Dialoq çox önəmlidir. "Bakı Prosesi" bir daha sübut edir ki, əməkdaşlıq əlaqələri möhkəmləndirilməlidir. Bu istiqamətdə birlikdə çalışmalıyıq".

Forumda "Müxtəlifliyin idarə olunması: çoxsəviyyəli və çoxtərəfli əməkdaşlıq”, "Sülh naminə gənclər: şiddətli ekstremizmə qarşı əks qüvvənin formalaşdırılması” və "Miqrasiya, yerdəyişmə və insan təhlükəsizliyi” mövzularında üç əsas plenar sessiyanın keçirildiyini bildirən Mayk Hardi dünyada sülh və bərabərliyin, qarşılıqlı etimadın və anlaşmanın əldə olunmasında bu tədbirin böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

Bağlanış mərasimində çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bütün iştirakçılara və tərəfdaşlara minnətdarlığını bildirərək 2 gün ərzində mühüm mövzuların müzakirə olunduğunu bildirib. O deyib: "Birinci dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna 40 ölkə ilə başladıq. Hazırda isə bu Forumda 135 ölkə təmsil olunur. Forum müddətində çoxsaylı məruzələr dinlənilib, 20-dən çox müxtəlif tədbir, o cümlədən sessiya, dəyirmi masa və s. təşkil edilib. Habelə 30-dan çox beynəlxalq təşkilatın rəhbərləri bir otaqda əyləşərək müzakirələr aparıblar. Bütün sessiyalarda keçirdiyimiz hər məqam canlı şəkildə BMT veb-saytı vasitəsilə yayımlanıb".

Sonra BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos, UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri və BMT-nin Dünya Turizm Təşkilatının icraçı direktoru Manuel Butler Halter çıxış edərək Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə, xüsusilə də Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edilib ki, Forumda sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik məsələləri, qloballaşma dövründə mədəniyyətlərin qarşılıqlı təsiri və sintezi, sürətlə dəyişməkdə olan dünyada sivilizasiyalararası əlaqələrin əhəmiyyəti və etnik münaqişələrin qarşısının alınması, turizmin inkişafı və digər məsələlərə toxunulub. Həmçinin mədəni müxtəliflik üçün ictimai dəstəyin göstərilməsinə dair maraqlı təkliflər irəli sürülüb.

Sonda Əbülfəs Qarayev Forumun işində yaxından iştirak edən hər kəsə minnətdarlığını bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video