Alternative content

16:04 25 May 2019
ONLINE XƏBƏR LENTİ
11:07 25.05.2019 Saxta balın zərərləri
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əbuzər İbrahim Türkmən: Azərbaycan dinlərarası əlaqələrin genişlənməsi üçün mühüm addımlar atır
Əbuzər İbrahim Türkmən: Azərbaycan dinlərarası əlaqələrin genişlənməsi üçün mühüm addımlar atır
ANA SƏHİFƏ / PARLAMENT
22:15 03.05.2019

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mayın 3-də V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ölkəmizdə səfərdə olan İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahim Türkmən ilə görüşüb.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Mübariz Qurbanlı bildirib ki, Azərbaycan və İran qədim tarixi mədəniyyətə malikdirlər. Ümummilli lider Heydər Əliyevin iki ölkə arasında əlaqələrin inkişafına hər zaman böyük diqqət yetirdiyini qeyd edən komitə sədri Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini diqqətə çatdırıb.

Qonağa ölkəmizdəki dini durum haqqında danışan Dövlət Komitəsinin sədri vurğulayıb ki, Azərbaycanda dini etiqad azadlığı yüksək səviyyədə təmin edilib, vətəndaşların dini etiqad azadlığına onların hüquq və azadlıqlarının tərkib hissəsi kimi yanaşılır. Xalqımızın milli-mənəvi dəyərlərinin, mədəni irsimizin qorunmasına xüsusi önəm verilir. Bildirib ki, Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun yaradılması dini-mənəvi mühitin qorunub saxlanılmasına göstərilən diqqətin əyani təzahürüdür.

2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli” elan olunduğunu xatırladan Mübariz Qurbanlı bu çağırışın dövlətimizin İslam birliyinə olan həssas münasibətinin göstəricisi olduğunu deyib. Bu çərçivədə ilk beynəlxalq konfransın Tehranda keçirildiyini qeyd edən Komitə sədri tədbirin önəminə diqqət çəkib, bu prosesin davamlı xarakter daşıdığını bildirib.

Söhbət zamanı dini təəssübkeşliyin dini təkəbbürə, sonra fanatizm və ekstremizmə çevrilməsinin qarşısının alınmasının vacibliyindən də bəhs edən Mübariz Qurbanlı din pərdəsi altında öz məqsədlərinə nail olmağa çalışan radikal elementlərə qarşı mübarizədə dini maarifçiliyin əhəmiyyətinə toxunub.

Səmimi qəbula görə minnətdarlığını ifadə edən Əbuzər İbrahim Türkman ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi istiqamətində xeyli işlər görüldüyünü və əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanda səfərdə olduğunu bildirən qonaq bu platformanın müasir dünya üçün aktual məsələlərin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib. Müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayışı və həmrəyliyi istiqamətində ardıcıl siyasət yürüdən Azərbaycanın dinlərarası və mədəniyyətlərarası əlaqələrin genişlənməsi üçün mühüm addımlar atdığını diqqətə çatdırıb.

Sonda qonaqlara Dövlət Komitəsinin nəşr etdirdiyi kitablar təqdim edilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM