03 May 2019 22:07
558
DÜNYA
A- A+

“SpaceX” pilotlu kosmik gəmisinin məhv olmasını etiraf edib


"SpaceX” şirkəti özünün "Crew Dragon” pilotlu kosmik gəmisinin məhv olmasını etiraf edib. AZƏRTAC xəbər verir ki, bununla bağlı CNN telekanalı məlumat yayıb.

Şirkətin vitse-prezidenti Hans Keniqsmann jurnalistlərə bildirib ki, insident qəza zamanı xilasetmə sistemində istifadə olunan "SuperDrago” mühərriklərinin işə salınmasından sonra baş verib. Hadisənin səbəbləri araşdırılır.

Keniqsmannın sözlərinə görə, "SpaceX” əvvəlki kimi ümid edir ki, "Crew Dragon” pilotlu missiyası bu il həyata keçiriləcək. Şirkət artıq başqa kosmik gəmilərin inşasına başlayıb.

"Crew Dragon” gəmisinin səkkiz mühərriki Dragon kapsulunun perimetri üzrə quraşdırılıb. Onların funksiyası raket-daşıyıcının nasaz olması zamanı ekipajın təcili evakuasiyasıdır. Bu mühərriklər beş saniyə ərzində kapsulu 500 metr yüksəkliyə qaldırmağa və bununla da onu operativ şəkildə ehtimal olunan qəza ocağından uzaqlaşdırmağa qadirdir. Gözlənilirdi ki, qəza sisteminin nümayişi iyun ayında olacaq, iyul ayında isə "Crew Dragon” gəmisinin ilk pilotlu uçuşu həyata keçiriləcək. Qəzadan sonra NASA gəminin fəzaya buraxılması qrafikini dəyişə bilər.

Bundan əvvəl də Beynəlxalq Kosmik Stansiyaya uçan "Crew Dragon” pilotlu gəmisinin odadavamlılığının sınaqdan keçirilməsi zamanı partlayış baş vermişdi. Bu ştatdankənar vəziyyət aprelin 20-də ABŞ-dakı Kanaveral burnunda olmuşdu.

Pilotlu gəminin (ekipaj olmadan) ilk sınaq uçuşu martın 2-də keçirilib.

2014-cü il sentyabrın 16-da "SpaceX” və Boeing” şirkətləri CCtCap (Commercial Crew Transportation Capability) proqramının qalibi olublar. Bu proqram Yerətrafı orbitə uçmaq üçün Amerikanın pilotlu kosmik gəmilərinin inşasını nəzərdə tutur. "Crew Dragon” layihəsinə 2,6 milyard, "Boeing Starliner”ə isə 4,2 milyard dollar vəsait ayrılıb.

Qeyd edək ki, NASA son dəfə 2011-ci ilin iyulunda kosmosa pilotlu ekipaj göndərib. ABŞ-ın "Space Shuttle” proqramının bağlanmasından sonra astronavtların Beynəlxalq Kosmik Stansiyaya uçuşları yalnız Rusiyanın "Soyuz TMA”, Soyuz TMA-M” və "Soyuz MS” birdəfəlik üçyerli kosmik gəmiləri ilə həyata keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video