03 May 2019 17:45
759
Mədəniyyət
A- A+

Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Xalça Muzeyində olub


Ölkəmizdə işgüzar səfərdə olan Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyəti mayın3-də Azərbaycan Xalça Muzeyində olub.

AZƏRTAC xəbər verir ki, muzeylə tanış olan nümayəndə heyətinə muzeyin yaranma tarixi, fəaliyyəti, xalqımızın qədim xalçaçılıq sənəti , onun tarixi, adət-ənənəsi barəsində ətraflı məlumat verilib.

Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir. Xalça Muzeyində yeddi əsas xalçaçılıq məktəbinin Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur. Xalçalar xalqın həyat və məişət tərzini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir. Muzeydə on minə qədər xalça saxlanılır. Muzeyin memarı avstriyalıdır və muzey açılan xalçaya bənzəyir. Burada saxlanılan ekspozisiyalar və qədim alətlər haqqında qonaqlara ətraflı məlumat verilib. Xalça toxunmasını canlı izləyən nümayəndə heyəti xalçaçılığın çox maraqlı sənət əsəri olduğunu bildiriblər. Azərbaycan musiqi və rəqslərini də özündə əks etdirən xalça nümunələri marağa səbəb olub.

Qonaqların diqqətinə çatdırılıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində milli xalçaçılıq sənəti 2010- cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Muzeyi gəzən nümayəndə heyətinə xalçaçılıq sənəti ilə yanaşı, Xalça Muzeyinin qeyri-adi dizaynı barədə də məlumat verilib.

Qonaqlar Xalça Muzeyindən xoş təəssüratlılara ayrılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video