03 May 2019 17:42
313
DÜNYA
A- A+

Hindistanda 1 milyondan çox adam köçürüldü


Hindistan hökuməti ölkəyə yaxınlaşan "Fani” siklonu üzündən bir milyon nəfərdən çox adamı təxliyə etmişdir. Qasırğanın yaxın saatlarda sahilyanı Orissa ştatını vuracağı gözlənilir.

Bir neçə hava limanı həftənin sonunadək bağlanmış, 200-ə yaxın qatarın hərəkəti ləğv edilmişdir. Sahil mühafizəsi və hərbi dəniz qüvvələri fasiləsiz növbətçilik keçirəcək və yerli sakinlərə siklonun fəsadlarını aradan qaldırmaqda kömək edəcək.

Sinoptiklərin dediyinə görə, "Fani” Benqal körfəzindən güclü leysan yağışları gətirir və saatda 200 kilometr sürətlə hərəkət edir. Proqnozlara əsasən, o, son beş ildə Orissa ştatında ən güclü qasırğa olacaq.

"Röyter” agentliyinin xəbərinə görə, 1999-cu ildə buna oxşar supersiklon 30 saat ərzində Orissa sahilində tüğyan etmişdi. Nəticədə 10 min adam təbii fəlakətin qurbanı olmuşdu.

2013-cü ildə isə təxminən bir milyon nəfərin təxliyə olunması minlərlə insan həyatını xilas etmişdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video