03 May 2019 17:41
667
DÜNYA
A- A+

Amerikalı general NATO-nun Avropadakı qüvvələrinə başçılıq edəcək


ABŞ hərbi hava qüvvələrinin generalı Tod Uolters NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinə başçı təyin olunmuşdur. O, həmin vəzifədə baş komandan Kertis Skaparottini əvəz etmişdir. Səlahiyyətlərin təhvil verilməsi mərasimi Monsda NATO-nun Birləşmiş Silahlı Qüvvələrinin qərargahında keçirilmişdir. Bu barədə TASS agentliyi xəbər verir.

Tədbirdə iştirak edən NATO-nun baş katibi Yens Stoltenberq Skaparottini "Əla xidmətə görə” medalı ilə təltif etmişdir. Kertis Skaparotti 2016-cı il martın 11-dən NATO qüvvələrinə komandanlıq edirdi.

Yens Stoltenberq mərasimə toplaşanlara NATO qüvvələrinin ilk komandanı general Eyzenhauerin "alyans təkcə adamları deyil, azadlıqları da qoruyur” sözlərini xatırlatmışdır. Baş katib qeyd etmişdir ki, NATO 70 ildir azadlığı, qanunun aliliyini və demokratiyanı müdafiə edir.

Tod Uolters Əfqanıstan və İraqda hərbi əməliyyatlarda iştirak etmişdir. O, NATO qüvvələrinin komandanı təyin olunmamışdan əvvəl ABŞ hərbi hava qüvvələrinin Avropa və Afrikada başçısı olmuşdur.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video