03 May 2019 16:20
350
SİYASƏT
A- A+

Sülh demokratiyanın, insan hüquqlarının, qanunun aliliyinin təminində əsas hərəkətverici qüvvələrdən biridir


Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən sessiyada "İnsan hüquqları, demokratiya və hüququn aliliyinin universallığı və mədəniyyətlərarası səciyyəsi" mövzusunda müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, sessiya Avropa Şurasının Şimal-Cənub Mərkəzinin İcraiyyə Komitəsinin sədri, İspaniyanın Avropa Şurası yanında daimi nümayəndəsi səfir Manuel Montobbionun sədrliyi ilə keçib. O, qloballaşma əsri olduğunu, multikulturalizmin qlobal səviyyədə idarə edilməsinin, universallığa nail olmağın vacibliyini qeyd edib. M.Montobbio demokratiyanın insan hüquqlarının təmin edilməsində və çoxluğun idarə edilməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Şərqi Timor Demokratik Respublikasının keçmiş Prezidenti, Şimal-Cənub Mükafatının laureatı (2002) Şanana Qusmao ayrı-seçkiliyin, bərabərsizliyin qarşısını almaq üçün insanların düşüncələrini dəyişməli olduğunu deyib. O, sülhün demokratiyanın, insan hüquqlarının, qanunun aliliyinin universallığının təmin edilməsində əsas hərəkətverici qüvvələrdən biri olduğunu diqqətə çatdırıb. Azərbaycanda ilk dəfə olduğunu deyən Ş.Qusmao ölkəmizdə sülhün, sabitliyin, multikultural dəyərlərin bərqərar edilməsinin digər ölkələrə nümunə ola biləcəyini vurğulayıb.

"METAdrasi - Miqrasiya və İnkişaf Fəaliyyəti”nin təsisçisi, Şimal-Cənub mükafatı laureatı Laura Papa bir sıra ölkələrdə münaqişələrin baş verdiyini, milyonlarla insanın öz vətənindən didərgin düşdüyünü deyib. O bildirib ki, 2015-ci ildən etibarən Yunanıstan 1 milyona yaxın qaçqın qəbul edib. "Dünyada insanlıq mədəniyyətinin olması vacibdir. Çox təəssüf ki, hələ də irqi, gender ayrı-seçkilikləri mövcuddur. Dünyada sivil cəmiyyətin qurulmasına cəhd göstərməli, maneələri aradan qaldırmalıyıq. Demokratiya dövləti güclü edir. Hüquqların aliliyi demokratiya ilə sıx bağlıdır. İnsanlar öz hüquqlarından yararlana bilməli, azad yaşamalıdırlar", - deyə o bildirib.

Qlobal təhsilin təbliğatı və pedaqoji dəstək üzrə ekspert Karmen Fişer deyib: "İnsanlar nədənsə özlərindən fərqli olanlardan qorxurlar. Bu isə mədəniyyətlərarası dialoqların qurulmasına mane olur. Nəticədə ayrı-seçkilik, bərabərsizlik, böhranlar baş verir. İnsanların demokratiyaya inamını geri qaytarmaq üçün qanunun, hüququn aliliyi bərpa edilməlidir".

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov multikulturalizmin demokratiyanın əsaslarından biri olduğunu vurğulayıb: "Hər bir xalqa, milli azlıqlara öz adət-ənənələrini, mədəni xüsusiyyətlərini, həyat tərzlərini qoruyub saxlamağa imkan vermək lazımdır. Müxtəlifliyi qəbul etmək vacibdir. Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Ölkəmizdə multikulturalizmin siyasi əsasları Azərbaycan Respublikası Konstitusiyasında, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapıb. Bu gün multikulturalizmin alternativi yoxdur və mənəvi dəyərlər baxımından ölkəmizin bu sahədə liderə çevrilməsi və dünya xalqları üçün əvəzsiz nümunə kimi qəbul olunması qürurvericidir".

Rəvan Həsənov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasında əsas məqsədin ölkəmizin multikulturalizm ənənələrinin öyrənilməsi, bu sahədə dünya təcrübəsinin araşdırılması və Azərbaycan modelinin bütün dünyada təbliğinin həyata keçirilməsi olduğunu diqqətə çatdırıb.

"Cultural Infusion”nın Baş icraçı rəhbəri və təsisçisi Peter Mousaferiadis ayrı-seçkiliyin aradan qaldırılmasında, insanların öz hüquqlarını bilməsində təhsilin önəmli olduğunu bildirib. O, Forumun bərabərsizlik, zorakılıq, insan hüquqlarının pozulması kimi mənfi hallara qarşı mübarizəyə töhfə verəcəyinə ümid etdiyini diqqətə çatdırıb. Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən Peter Mousaferiadis dəvətə görə minnətdarlığını bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video