Alternative content

19:02 25 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:36 25.08.2019 Ən çox sevilən məkan
16:02 24.08.2019 Yaponiyada zəlzələ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin növbəti plenar iclası keçirilib
Milli Məclisin növbəti plenar iclası keçirilib YENİLƏNIB
ANA SƏHİFƏ / PARLAMENT
13:21 03.05.2019

İclasda insan alverinə qarşı mübarizə üzrə milli əlaqələndiricinin illik məlumatı dinlənilib



Mayın 3-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, parlament sədrinin birinci müavini Ziyafət Əsgərov gündəliyi təqdim edib. İclasın gündəliyinə 22 məsələ daxil idi.

Əvvəlcə "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə sənəd ikinci səsverməyə təqdim edilib. Sənəd səsvermə yolu ilə təsdiqlənib.

Sonra iclasda "İnsan alverinə qarşı mübarizə üzrə Milli Əlaqələndiricinin illik məlumatı haqqında” məsələyə baxılıb. Daxili işlər nazirinin birinci müavini, insan alverinə qarşı mübarizə üzrə milli əlaqələndirici Vilayət Eyvazov parlamentdə geniş məruzə edib.

Vilayət Eyvazov bildirib ki, transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərindən olan insan alveri dünyada, eləcə də hər bir ölkədə sabitliyin əsaslarına, qanunun aliliyinə təhdid yaradan və insan hüquqlarını pozan əməllərdəndir. Eyni zamanda, bu sahədə fəaliyyət göstərən kriminal qrupların yüksək təşkilatlanma səviyyəsi və miqyasının sürətlə genişlənməsi baxımından XXI əsrin kəskin problemlərindən olaraq daim dünya birliyinin və nüfuzlu beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının 2019-cu ildə yaydığı növbəti qlobal hesabatda dünyanın əksər ölkələrində insan alveri cinayətlərinin sayının artması, bu əməllərin cəzasızlıq mühitinin hökm sürdüyü silahlı münaqişə zonalarında daha geniş yayılması, onun qurbanları arasında qadınların və azyaşlı qızların xüsusi çəkisinin yüksək – təxminən 70 faiz həddində olması qeyd edilir. Aşkarlanmış cinayətlərin isə 59 faizini cinsi istismar, 34 faizini məcburi əmək faktlarının təşkil etməsi, ayrı-ayrı dövlətlərdə insan alverinin qanunsuz transplantasiya, cinayətkar fəaliyyətə cəlbetmə və övladlığa götürmə yolu ilə törədilməsi kimi növləri xüsusi vurğulanır. Bununla belə, insan alverinin qarşısının alınması, qurbanların hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər bir an belə səngiməyib. Hesabatda təkcə ötən il 17 min 880 insan alveri cinayətinin, 100 mindən çox qurbanın müəyyən edilməsi, təqsirli şəxslər barəsində məhkəmələr tərəfindən 7045 ittiham hökmünün çıxarılması əksini tapıb.

Qeyd olunub ki, insan alverinə qarşı mübarizənin kompleks və sistemli aparıldığı ölkələrdən olan Azərbaycan Respublikasında da sayca üçüncü Milli Fəaliyyət Planı ilə qarşıya qoyulmuş vəzifələr aidiyyəti dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və beynəlxalq tərəfdaşlarla birgə ardıcıllıqla və tam yerinə yetirilib. Bu sahədə qlobal çağırışlara cavab verən qanunvericilik bazasının formalaşdırılması üzrə fəaliyyət çərçivəsində "Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununda insan alverinin qurbanı olmuş şəxslərin ödənişsiz psixoloji yardım almaq hüququ, "Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunda isə yeniyetmələrin ictimai mənəviyyata, milli və əxlaqi dəyərlərə zidd materiallardan müdafiəsi mexanizmləri təsbit olunub. Dövlət başçısının "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci ildə imzaladığı Fərmana əsasən "DOST” mərkəzlərində göstərilən sosial xidmətlər sırasında insan alveri qurbanlarının reabilitasiyasının təşkil edilməsi ilə bağlı tədbirlər də nəzərdə tutulub.

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2018-2019-cu illər üçün Baş Kollektiv Saziş imzalanıb və həmin qurumların birgə qərarı ilə təsdiq edilib. Həmin sənəddə uşaq əməyinin, məcburi əməyin və insan alverinin aradan qaldırılması, əmək miqrasiyasını tənzimləyən dövlət sosial proqramlarının dəstəklənməsi və birgə monitorinqlərin təşkil edilməsi barədə normalar yer alıb. İnsan alverinin profilaktikası üzrə tədbirlərin əsasını təşkil edən ayrı-ayrı sosial təbəqələr üzrə maarifləndirmə və təbliğat işi də əvvəlki illərdə olduğu kimi sistemli xarakter daşıyıb. Daxili İşlər, Təhsil, Səhiyyə, Gənclər və İdman nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərinin 85 minə yaxın şagirdi və onların valideynləri ilə 2000-dən çox görüş keçirilərək uşaqların insan alverindən müdafiəsi məsələləri geniş müzakirə olunub. Respublikanın 46 şəhər və rayonunu əhatə edən bu tədbirlərdə hüquq-mühafizə orqanlarının əməkdaşları, kütləvi informasiya vasitələrinin, yerli icra hakimiyyəti strukturlarının, tibb, sosial müdafiə qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri yaxından iştirak edib, sosial çarxlar nümayiş etdirilib. Analoji tədbirlər, həmçinin bir sıra universitetlərin, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün də təşkil olunub. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə "ASAN xidmət” mərkəzlərində vətəndaşlara maarifləndirici bukletlər paylanılıb və bu qurumun Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən 195 tikinti obyektində əmək münasibətlərinin leqallaşdırılması ilə əlaqədar izahedici iş aparılıb. Əmək müqavilələrinin bağlanmasının təşviqi və bu sahədə ölkə əhalisinin zəruri informasiya ilə təmin edilməsi məqsədilə Əmək Münasibətlərinin Tənzimlənməsi üzrə Vahid İnternet Portalı yaradılaraq 2018-ci ildə istifadəyə verilib.

Maarifləndirmə tədbirlərində paytaxtın, həmçinin respublikanın şəhər və rayonlarının icra hakimiyyətləri yaxından iştirak ediblər. Ölkəyə gələn və ölkədən gedən şəxslərin insan alveri təhlükəsi barədə məlumatlandırılması üzrə işlər də davamlı olub, gömrük keçid və sərhəd-nəzarət məntəqələrində minlərlə sərnişinə maarifləndirici vəsait paylanıb. Hüquq-mühafizə orqanları əməkdaşlarının peşəkar hazırlığı işinə yeni meyarlarla yanaşılmasının, təlim-təhsil sisteminin səmərəliliyinin artırılmasının zəruriliyi nəzərə alınaraq, insan alverinə qarşı mübarizəni və sosial reabilitasiyanı həyata keçirən dövlət orqanlarının və vətəndaş cəmiyyətinin nümayəndələri üçün tədris kursları təşkil olunub. Xüsusi polis qurumunun əməkdaşları xarici dövlətlərdə və ölkəmizdə keçirilmiş 51 konfrans, seminar və təlimlərdə iştirak edib, beynəlxalq treninqlərə təlimçi qismində cəlb olunublar. Hesabat dövründə beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın gücləndirilməsi üzrə mühüm vəzifələrin icrası da səmərəli olub.

Bildirilib ki, insan alverinə qarşı mübarizədə əldə olunmuş nəticələr, əməkdaşlığın perspektivləri, birgə layihələrin əhatə dairəsinin genişləndirilməsi ötən il ABŞ Dövlət Departamentinin, bu ölkənin və bir sıra digər dövlətlərin Azərbaycandakı səfirliklərinin, Beynəlxalq Miqrasiya Təşkilatının, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin təmsilçiləri ilə görüşlərdə ətraflı müzakirə edilib. Mənşə və təyinat ölkələrindən olan Türkiyə, Özbəkistan, İran və Birləşmiş Ərəb Əmirliklərinin aidiyyəti dövlət orqanlarının nümayəndələri ilə görüşlər zamanı məlumat mübadiləsinin intensivliyinin artırılması, axtarışa elan edilmiş təqsirləndirilən şəxslərin ekstradisiyası və başqa vacib məsələlərlə bağlı razılıq əldə olunub.

Daxili İşlər Nazirliyinin 40-a yaxın ölkənin aidiyyəti dövlət strukturları ilə imzaladığı 100-dən çox müqavilə insan alverinin qurbanı olmuş Azərbaycan vətəndaşlarının digər dövlətlərdə yerinin operativ müəyyən edilməsində, bu cinayətləri törədənlər haqqında məlumatların toplanılmasında, birgə tədbirlərin keçirilməsində real nəticələr verməkdədir. Bununla yanaşı, bir sıra mötəbər beynəlxalq qurumlar, o cümlədən BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq, Beynəlxalq Miqrasiya və digər təşkilatlarla həyata keçirilən birgə işlərin böyük bir hissəsi bilavasitə insan alveri probleminə və onun həlli yollarına həsr olunub. Məcburi əməyin qarşısının alınması, bu hüquqazidd əməllərə şərait yaradan halların aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələr də planlı şəkildə yerinə yetirilib.

Diqqətə çatdırılıb ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən aparılan yoxlamalarla 79 tikinti obyektində 946 nəfərin əmək və ya xidməti müqavilə olmadan işləməsi aşkar edilib. Yol verilmiş pozuntularla bağlı 6 təşkilat barədə Respublika Prokurorluğu tərəfindən cinayət işləri başlanılıb, 35-i haqqında 527 min manat məbləğində inzibati cərimə, 27-si barədə 468 min manat vergi sanksiyası tətbiq olunub.

Ölkədə olma və yaşama qaydalarını pozan 19 min 210 əcnəbinin inzibati məsuliyyətə cəlb edilməsi və onlardan 3740 nəfərinin respublikanın hüdudlarından çıxarılması da məcburi əməyin profilaktikasında mühüm əhəmiyyət kəsb edib. Uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilmiş tədbirlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 450 uşaq müəyyən olunub. Aparılmış yoxlamalarla həmin uşaqların insan alverinin və ya məcburi əməyin qurbanı olması təsdiqlənməyib. Lakin bəzi mövcud problemlərin aradan qaldırılması, xüsusən uşaqlara qayğı və yardımın göstərilməsinin zəruriliyi baxımından yerli icra hakimiyyətləri yanında komissiyalara, qəyyumluq və himayə orqanlarına 760 material göndərilib, övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 207 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.

Bildirilib ki, keçirilmiş monitorinqlər nəticəsində baxımsız qalmış 75 yetkinlik yaşına çatmayana və onların valideynlərinə ixtisaslı hüquqi və psixoloji yardım göstərilib, həmçinin övladlığa götürülmüş, qəyyumluğa və himayəyə verilmiş 143 uşağın hər biri sosial yardımlarla əhatə olunub. İnsan alveri сinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə verilməsi sahəsində fəaliyyət, əvvəlki illərdə olduğu kimi hesabat dövründə də məqsədyönlü xarakter daşıyıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 144 insan alveri, 4 məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 35 cinayət qeydə alınıb, 28 nəfərdən ibarət 13 cinayətkar qrup zərərsizləşdirilib.

Vilayət Eyvazov deyib ki, Beynəlxalq əmək Təşkilatının hesablamalarına əsasən, bu gün dünyada müasir köləliyin qurbanı olan 40,3 milyon insan var. Onlardan 16 milyonu ev qulluğu, tikinti sektoru, kənd təsərrüfatı sahələrində məcburi əməyə, 4,8 milyonu cinsi istismara məruz qalanlardır. Hər dördüncü qurban isə azyaşlı oğlan və qızlardır. Qlobal problemlərdən birinə çevrilməsi nəzərə alınaraq, əksər ölkələrdə insan alverinin aradan qaldırılması istiqamətində səylərin artırılmasına, müvafiq hüquqazidd əməllərə görə cəza tədbirlərinin sərtləşdirilməsinə, qurbanların qayğı ilə əhatə olunmasına yönəlmiş kompleks addımlar atılır.

Azərbaycanda da dövlətimizin güclü siyasi iradəsi sayəsində insan alverinə qarşı mübarizədə dünya standartlarına uyğun institusional islahatlar aparılıb, zəruri təşkilati və praktiki tədbirlər həyata keçirilib.

Ötən il icrası başa çatmış sayca üçüncü Milli Fəaliyyət Planının əhatə etdiyi 2014-2018-ci illərdə ölkə iqtisadiyyatının inkişaf templərinin qorunub saxlanılması, əhalinin məşğulluğunun artırılması və həyat səviyyəsinin daha da yaxşılaşması sahəsində ortaya qoyulmuş böyük bir fəaliyyət insan alveri probleminin həllində də əhəmiyyətli nəticələri şərtləndirib. Bu dövr insan alveri ilə mübarizə standartlarının yüksəlməsi ilə səciyyəvidir. O cümlədən qarşıda duran məqsədlərə nail olunmasında müasir informasiya tехnоlоgiyalarının imkanlarından gеniş istifadə еdilib, Planın iştirakçısı оlan dövlət qurumlarının və qеyri-hökumət təşkilatlarının pеşəkarlığı, qurbanlara dövlət dəstəyi artıb, infrastruktur və tехniki təminat xeyli güclənib. İcra olunduğu müddətdə insan alverinə qarşı mübarizə məsələlərini tənzimləyən 9 qanun qəbul оlunub, Azərbaycan Prezidenti tərəfindən 10 fərman, 20 bəyannamə, 1 saziş imzalanıb, Nazirlər Kabinеtinin 17 qərarı, bir dövlət prоqramı təsdiqlənib.

Qeyd olunub ki, idarələrarası əməkdaşlığın möhkəmləndirilməsi, о cümlədən insan alvеri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi çərçivəsində fəaliyyət göstərən 14 mərkəzi icra hakimiyyəti оrqanının nümayəndələrindən ibarət İdarələrarası Komissiyanın fəaliyyəti də səmərəli olub.

İnsan alvеrinin dоğurduğu təhlükələr barədə ictimaiyyətin məlumatlandırılması işində vətəndaş cəmiyyəti nümayəndələrinin və kütləvi infоrmasiya vasitələrinin iştirakı ilə rеspublikanın bütün şəhər və rayоnlarında 237 mədəni-kütləvi tədbir, о cümlədən çохsaylı treninq və seminarlar keçirilib. Prоfilaktik iş, demək olar ki, əksər məktəbləri, lisey, kollec və uşaq evlərini əhatə еdib.

Milli Fəaliyyət Planının həyata keçirilməsi üçün donorlar və göstərilən yardımın istifadə ediləcəyi sahələr də müəyyən olunub, Azərbaycan Rеspublikasının Prеzidеnti yanında Qеyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən 53 layihə maliyyələşdirilərək bu məqsədlər üçün 412 min manat vəsait xərclənib. İnsan alverinə qarşı mübarizədə xüsusilə fərqlənən 65 qеyri-hökumət təşkilatına Daxili İşlər Nazirliyi tərəfindən də 60 min manata yaxın maliyyə yardımları еdilib. Ötən 5 ildə qeydə alınmış 755 insan alveri və məcburi əmək cinayəti üzrə 169 şəхs cinayət məsuliyyətinə cəlb оlunub.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə beynəlxalq cinayətkar şəbəkənin ölkəmizdə fəaliyyət göstərməsinin qarşısı alınıb, 2 mütəşəkkil dəstə, 58 cinayətkar qrup zərərsizləşdirilib. Müəyyən edilmiş 356 qurbandan 312-si təhlükəsiz sığınacaqlara yerləşdirilib və hər birinə birdəfəlik müavinət, 280 qurbana isə Kömək Fondundan yardımlar verilib. Daha 124 nəfər işlə təmin edilib, 188 nəfər peşə kurslarına cəlb оlunub və onların bir çохu Əmək və Əhalinin Sоsial Müdafiəsi Nazirliyi yanında Yardım Mərkəzlərində qeydiyyata götürülüb. Səhiyyə Nazirliyi tərəfindən 706 insan alveri qurbanına və potensial qurbana tibbi yardım göstərilib.

İnsan alverinin və məcburi əməyin qarşısının alınması sahəsində fəaliyyətin səmərəliliyi nüfuzlu beynəlxalq təşkilatların aidiyyəti sənədlərində də xüsusi vurğulanır. Belə ki, "İnsan alverinə qarşı mübarizə haqqında” Avropa Konvensiyasının Tərəflər Komitəsinin, Avropa Şurasının müvafiq sahədə Ekspertlər Qrupu – GRETA-nın, ATƏT-in xüsusi nümayəndəsinin hesabatlarında Milli Fəaliyyət Planının icrası üzrə görülmüş işlər təqdirəlayiq hesab olunub, əldə edilmiş tərəqqi xüsusi vurğulanıb. Bu növ cinayətlərlə mübarizənin aidiyyəti dövlət orqanları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli şəkildə davam etdirilməsi məqsədilə 2019-2023-сü illəri əhatə edən yeni Milli Fəaliyyət Planının layihəsi hazırlanıb hökumətə təqdim edilib. İlkin variantı 67 tədbirdən ibarət olan həmin layihədə əsas hədəflər insan alveri ilə mübarizədə cinayət təqibinin, əməliyyat-axtarış fəaliyyətinin, maarifləndirmə işinin, qurbanların müdafiəsi və sosial reabilitasiyası üzrə tədbirlərin səmərəsini daha da artırmaq, beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdir.

Bundan əlavə, Planda xüsusi polis qurumunun maddi-texniki təminatının gücləndirilməsi, qurbanların və potensial qurbanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün lazımi şəraitin yaradılması, onlara xidmət göstərən sığınacaq və yardım mərkəzlərinin potensialının artırılması, insan alverinə qarşı mübarizə sahəsində tədqiqatların, elmi araşdırmaların aparılması və s. mühüm məsələlər əksini tapıb.

Bu konseptual sənədin icrasına bütövlükdə 36 dövlət orqanının, yerli icra hakimiyyətlərinin, aidiyyəti qeyri-hökumət təşkilatlarının cəlb edilməsi nəzərdə tutulur.

İllik məlumat dinlənildikdən sonra müzakirələr başlayıb. Deputatlar rəy və təkliflərini bildiriblər. Milli əlaqələndiricinin illik məlumatı səsə qoyulub və nəzərə alınıb.

Sonra beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov "Azərbaycan Respublikası Hökuməti ilə Paraqvay Respublikası Hökuməti arasında diplomatik, rəsmi və ya xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi təqdim edilib. Bildirilib ki, mövcud qanunvericiliyə əsasən kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası onların xidmətdən tərxis olunan günə aldıqları pul təminatından hesablanır.

"Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edən ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı qanun layihəsi barədə məlumat verib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Mülki, Mülki Prosessual, Vergi və Cəzaların İcrası məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihəsini və "İcra haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Banklar haqqında", "Sığorta fəaliyyəti haqqında", "İnvestisiya fondları haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib.

İclasda, həmçinin "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Lisenziya və icazələr haqqında", "Məktəbəqədər təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlarda, "Fitosanitar nəzarəti haqqında" Qanunda və İnzibati Xətalar Məcəlləsində, Su, Meşə, Torpaq və Şəhərsalma və Tikinti məcəllələrində, Meliorasiya və irriqasiya haqqında", "Əhalinin radiasiya təhlükəsizliyi haqqında", "Balıqçılıq haqqında", "Elektroenergetika haqqında" və "Nəqliyyat haqqında" qanunlarda, "Ekoloji təhlükəsizlik haqqında", "Su təchizatı və tullantı suları haqqında", "Avtomobil yolları haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında", "Aviasiya haqqında" və "İnformasiya əldə etmək haqqında" qanunlarda, "İctimai iştirakçılıq haqqında", "Dəniz limanları haqqında", "Yaşıllıqların mühafizəsi haqqında" və "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanunlarda, "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında", "Turizm haqqında" və "Elektrik və istilik stansiyaları haqqında" qanunlarda, İnzibati Xətalar Məcəlləsində, Mülki, Vergi, Mənzil, Gömrük məcəllələrində, "Auditor xidməti haqqında", "İnvestisiya fəaliyyəti haqqında", "Müflisləşmə və iflas haqqında", "Kiçik sahibkarlığa dövlət köməyi haqqında", "Yeyinti məhsulları haqqında", "Notariat haqqında", "Kredit ittifaqları haqqında" və "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanunlarda, "Sığorta fəaliyyəti haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "İnvestisiya fondları haqqında", "Qiymətli kağızlar bazarı haqqında" və "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda təqdim olunub. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq təsdiq edilib.

Komitə sədri Əli Hüseynli Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda təqdim edib. Layihə səsə qoyularaq təsdiqlənib.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov "Aqrar sığorta haqqında" qanun layihəsini birinci oxunuşda təqdim edib. Qanun layihəsi səsə qoyularaq təsdiq edilib.

"Sığorta fəaliyyəti haqqında" və "Dövlət rüsumu haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda təqdim olunub. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM