Alternative content

03:42 22 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rodriqo MAYA: “Yüksəksəviyyəli qarşılıqlı səfərlər əməkdaşlığımızın inkişafına və xalqlarımızın bir-birini daha yaxşı tanımasına xidmət edir”
Rodriqo MAYA: “Yüksəksəviyyəli qarşılıqlı səfərlər əməkdaşlığımızın inkişafına və xalqlarımızın bir-birini daha yaxşı tanımasına xidmət edir”
ANA SƏHİFƏ / Qəbullar
11:18 03.05.2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı. Dövlətimizin başçısı yüksək səviyyəli səfərlərin əməkdaşlığın müxtəlif sahələri ilə bağlı fikir mübadiləsinin aparılması üçün yaxşı imkan yaratdığını bildirdi və parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyini dedi. Prezident İlham Əliyev Braziliya nümayəndə heyətinin böyük tərkibdə Azərbaycana səfərindən məmnunluğunu bildirərək iqtisadi, sərmayə qoyuluşu, turizm, mədəniyyət, kənd təsərrüfatı, aviasiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd etdi.

Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Maya qəbula görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Rodriqo Maya, öz növbəsində, qeyd etdi ki, yüksək səviyyəli qarşılıqlı səfərlər əməkdaşlığımızın inkişafında mühüm rol oynayır və parlamentlərarası əlaqələr xalqlarımızın bir-birini daha yaxşı tanımasına xidmət edir. Qonaq ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi, ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın olduğunu dedi.

Söhbət zamanı BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən əməkdaşlığın önəmi qeyd olundu.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM