03 May 2019 01:12
748
İDMAN
A- A+

Azərbaycanın pauerliftinq idman növü üzrə Paralimpiya milli komandasının üzvləri ilə görüş olub


Milli Olimpiya Komitəsinin (MOK) baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev mayın 2-də ölkəmizin pauerliftinq idman növü üzrə Paralimpiya milli komandasının üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, MOK-da keçirilən görüşdə Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov, birinci vitse-prezident Natiq Qasımov, baş katib Kamal Məmmədov, pauerliftinq komandasının baş məşqçisi İlqar İbişov, komandanın kapitanı Elşən Hüseynov, komandanın üzvləri Pərvin Məmmədov, Şamo Aslanov və Nurlan Babacanov iştirak ediblər.

Tədbiri açan A.Əliyev pauerliftinq üzrə Paralimpiya yığmasının Macarıstanın Eger şəhərində keçirilən dünya kubokundakı uğurlu çıxışını yüksək qiymətləndirib. O, üç qızıl və bir bürünc medalla komandamızın kişilər arasında birinci yer tutmasını xatırladıb.

Pauerliftinqin olduqca ağır idman növü olduğunu qeyd edən MOK-un rəsmisi bildirib ki, bu idman növündə əzmli məşqlər önəmlidir.

Komandamıza uğurlar arzulayan A.Əliyev bildirib ki, əsas hədəf gələn il Tokioda keçiriləcək Yay Paralimpiya Oyunlarıdır.

Daha sonra AMPK-nın prezidenti İlqar Rəhimov paralimpiyaçılara göstərdiyi dəstəyə görə A.Əliyevə minnətdarlığını bildirib. Onun sözlərinə görə, bu, artıq pauerliftinqçilər ilə ikinci görüşdür. "Bundan əvvəl A.Əliyev AMPK-da pauerliftinq üzrə Paralimpiya milli komandasının üzvləri ilə görüşüb. Bu görüş idmançılarımız üçün böyük stimul oldu. Onlar həmişə sizin dəstəyinizi öz üzərilərində hiss edirlər. Fürsətdən istifadə edərək AMPK adından paralimpiyaçılarımızın dostu Prezident İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığımızı bildiririk”, - deyə İ.Rəhimov vurğulayıb.

İlqar Rəhimov qeyd edib ki, idmançılarımızın Macarıstanda keçirilən dünya kubokunda uğurlu çıxışı tarixi hadisədir. O vurğulayıb ki, ilk dəfədir böyük komanda ilə belə mötəbər beynəlxalq yarışda çıxış edən komandamızın üç üzvü qızıl, bir üzvü isə bürünc medalla qayıdır.

Daha sonra İ.Rəhimov mayın 13-14-də paytaxtımızda keçiriləcək paracüdo üzrə beynəlxalq Qran-pri yarışının medallarının suvenirini Azər Əliyevə təqdim edib.

Pauerliftinq üzrə Paralimpiya milli komandasının baş məşqçisi İlqar İbişov və komandanın kapitanı Elşən Hüseynov da göstərdiyi dəstəyə görə A.Əliyevə minnətdarlıq ediblər. Bu dəstəyin idmançılarımızı yeni qələbələrə ruhlandırdığı bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video