03 May 2019 00:59
637
İDMAN
A- A+

“Formula-1” SOCAR Azərbaycan Qran-prisini izləmək üçün Bakıda 74 ölkədən azarkeşlər olub


Bakıda keçirilmiş "Formula-1” SOCAR Azərbaycan Qran-prisi çərçivəsində yarış sessiyalarını yerində canlı izləməyə, həmçinin həftəsonunda "Baku Crystal Hall”da dünya ulduzlarının iştirakı ilə keçirilən axşam konsertlərinə ümumilikdə 85 min tamaşaçı gəlib.

"Bakı Şəhər Halqası” Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, bu il ötənilki qədər bilet satılıb. Xaricdən alınan biletlərin nisbəti 22 faiz təşkil edib.

Çox sayda xarici azarkeşin rəğbət göstərdiyi yarışda qələbəni "Mercedes” komandasının pilotu Valtteri Bottas qazanıb. Onu komanda yoldaşı Luis Hamilton və "Ferrari”nin sürücüsü Sebastyan Fettel sonadək izləyiblər. Bottasın zəfər sevinci ötən il yarışın sonuncu dövrələrində qələbəyə gedərkən yaşadığı uğursuz qəzanın verdiyi kədəri tamamilə unutdurub. Onun qələbəsi tribunalarda əyləşən minlərlə azarkeş tərəfindən böyük coşqu ilə qarşılanıb.

Yarışı izləməyə 74 ölkədən azarkeş gəlib. Bu ölkələr arasında Rusiya, Böyük Britaniya, Avstriya, Niderland və Gürcüstan xüsusilə fərqləniblər.

BŞH-nin kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim yarışı izləməyə gələnlərin statistik göstəriciləri ilə bağlı bildirib: "Son 4 il ərzində Azərbaycanda "Formula-1” yarış həftəsonunun möhtəşəm şəkildə keçirilməsində böyük irəliləyiş əldə etmişik. Avropadan gələn azarkeşlərin sayının artması və Formula-1” izləyicilərinin Bakını seçməsi bizi xüsusilə sevindirir. Buna misal olaraq, yarışı izləmək üçün ölkəyə səfər edənlərin sayında 41 faiz artımla Böyük Britaniya, 28 faizlə Avstriyanı və 26 faizlə Niderlandı göstərə bilərik. Bundan başqa, Çin və Türkiyədən gələnlərin sayında da müvafiq olaraq 22 və 11 faiz artım qeydə alınıb. Tribuna biletlərinin hamısı satılıb və cümə günü axşam konsertinin olmamasına, həmçinin Sem Smitin şənbə günü keçirilməsi nəzərdə tutulan çıxışının son anda ləğv olunmasına baxmayaraq, ümumilikdə bilet satışı 2018-ci ildəkinə bərabər olub. Xüsusən gənclər arasında yarışa maraq ilbəil artır və nəticədə yerli azarkeşlərin sıraları daha da genişlənir. Bu, bizi yüksək səviyyədə həvəsləndirir. Düşünürəm ki, hazırda tutduğumuz mövqe olduqca güclüdür və 2020-ci ildə də azarkeşlər üçün daha bir möhtəşəm "Formula-1” yarış həftəsonu keçirmək üçün əlimizdən gələni edəcəyik”.

Builki Qran-pri son iki yarış qədər dramatik anlara səhnə olmasa da, "Formula-1” azarkeşləri həyəcan dolu anlarla yadda qalan sıralanma turundan və "Formula-2” yarışlarından böyük zövq alıblar.

"Formula-1” SOCAR Azərbaycan Qran-prisi tamaşaçıların zövqünə uyğun təklif etdiyi zəngin məzmunlu müxtəlif əyləncə proqramı ilə də avtoidmansevərlərin könüllərini fəth edib. Yarış həftəsonunda dünya musiqisinin məşhur iki ulduzu axşam saatlarında "Baku Crystal Hall”da səhnəyə çıxaraq azarkeşlərə möhtəşəm əyləncə şousu təqdim edib. Şənbə günü sıralanma turundan sonra keçirilən konsertdə Cessi Cey ən sevilən mahnılarını ifa edib, bazar günü isə Kardi B möhtəşəm performansı ilə yarış həftəsonunun bağlanış konsertinə öz damğasını vurub.

Bundan başqa, bu il ilk dəfə olaraq BŞH-nin təşkilatçılığı ilə yarış həftəsonu ərzində "Bakı şəhərinin sədaları” adı altında gecə əyləncə proqramları təşkil olunub. "Elektra Events Hall”da keçirilən proqramda dünyanın məşhur DJ-ləri çıxış ediblər. Aprelin 26-da səhnəyə Ciqan və Mahmut Orhan, ertəsi gün Robin Şulz, ayın 28-də isə "Lost Frequencies” çıxıblar. Biletləri "Formula-1” yarışlarından ayrıca satılan bu əyləncə proqramlarında Bakıya Azərbaycan Qran-prisini izləməyə gələn yüzlərlə xarici avtoidman azarkeşi ilə yanaşı, çox sayda paytaxt sakini də iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video