02 May 2019 22:00
431
CƏMİYYƏT
A- A+

Azərbaycanın və Monteneqronun Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub


Mayın 2-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Monteneqronun daxili işlər naziri Mevludin Nuhodjiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ramil Usubov dövlətlərimizin başçılarının, habelə yüksək səviyyəli nümayəndə heyətlərinin, eləcə də vətəndaşlarımızın qarşılıqlı səfər və ziyarətlərinin Azərbaycan ilə Monteneqro arasındakı sıx əməkdaşlığın və qarşılıqlı etimadın daha da genişləndirilməsinə təkan verdiyini məmnunluqla qeyd edib.

Sonra nazir DİN-in funksional vəzifələri və fəaliyyət istiqamətləri, mövcud kriminogen durum, daxili işlər orqanlarında həyata keçirilən islahatlar, insan hüquqlarının qorunması, vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində görülən işlər barədə həmkarına məlumat verib.

Səmimi qəbula və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Monteneqronun daxili işlər naziri Mevludin Nuhodjiç dövlətlərimiz arasındakı əlaqələrin son illər bütün sahələrdə inkişaf etməsindən, Azərbaycanda yaradılmış sabitlik və əmin-amanlıqdan, respublikamızın, paytaxt Bakının dünyanın ən təhlükəsiz dövlətlərindən və şəhərlərindən biri olmasından, burada həyata keçirilən geniş quruculuq işlərindən məmnunluğunu ifadə edib. Qonaq yaxın dost və tərəfdaş saydıqları Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəklərini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video