02 May 2019 15:35
743
İQTİSADİYYAT
A- A+

Mehmet Cahit Turhan: Türkiyə ilə Azərbaycan Avrasiyanın nəqliyyat xəritəsini yenidən yaradır


Azərbaycan Mərkəzi Asiyaya açılan qapıdır, Türkiyə isə üç qitənin kəsişdiyi ərazidə yerləşir.

Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit TurhanAZƏRTAC-a eksklüziv müsahibəsində deyib.

Nazir bildirib ki, Türkiyə ilə Azərbaycan Avrasiyanın nəqliyyat xəritəsini yenidən yaradır. Birgə həyata keçirdiyimiz layihələr gücümüzü artırmaqla yanaşı, digər ölkələrlə əməkdaşlığı da inkişaf etdirəcək və regionda nəqliyyat infrastrukturunun qurulmasına şərait yaradacaq. Bu layihələr və təşəbbüslər təkcə iqtisadi deyil, həm də böyük siyasi məna daşıyır, təhlükəsizliyi və sabitliyi artırır. Türkiyənin nəqliyyat sahəsində gördüyü işlər dünyaya səs salır. Azərbaycanla birgə həyata keçirilən layihələr Avropa İttifaqı–Çin ticarət şəbəkəsinə alternativ olub və Şərq-Qərb istiqamətində əhəmiyyətli bir marşrut yaradıb.

"Bir kəmər, bir yol” təşəbbüsü Çin, Asiya, Yaxın Şərq və Avropanı bir-birinə birləşdirən böyük bir nəqliyyat, investisiya, enerji və ticarət şəbəkəsini formalaşdırmağı hədəfləyir. Ölkələrimizin bu artan ticarət dövriyyəsindən və investisiya mühitindən daha çox pay götürməsi üçün əsas nəqliyyat dəhlizləri üzərində yerləşmək və nəqliyyat infrastrukturunu həmin istiqamətdə inkişaf etdirmək məcburiyyətindəyik”, - deyə Türkiyəli nazir qeyd edib.

"Müasir İpək Yolu da adlandırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Şərqlə Qərb arasındakı mövcud yolları tamamlayıcı və təhlükəsiz bir marşrut edir. Həmçinin Türkiyənin son 16 ildə nəqliyyat siyasətindəki əsas hədəfi Çindən Londonadək fasiləsiz yükdaşıma xətti yaratmaq və böyük həcmdə infrastrukturla bağlı investisiyalar həyata keçirmək olub. Uzaq Şərqdən Avropaya qədər uzanan, yüz illər ərzində ticarət karvanlarının keçdiyi məntəqə kimi tanınan Qədim İpək Yolunun Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə inkişaf etdirilməsi üçün həm Anadoluda, həm də Qafqaz regionu və Mərkəzi Asiyada dəmir yolu şəbəkəsinin təşkil edilməsi və avtomobil yollarının yenilənməsi ilə bağlı xeyli vaxtdır region ölkələri ilə əməkdaşlığımızı davam etdiririk. Bu məqsədlə Asiya-Avropa-Yaxın Şərq istiqamətində nəqliyyat şəbəkəsini inkişaf etdirmək üçün mühüm addımlar atır, ölkə daxilində də Şərq-Qərb və Şimal-Cənub istiqamətində layihələr reallaşdırırıq. Çünki "Bir kəmər, bir yol” təşəbbüsü bizim coğrafiyamızda yerləşən ölkələrin gələcəyi deməkdir. İnanırıq ki, Anadolu, Qafqaz regionu və Mərkəzi Asiya üçbucağında yükdaşımalar orta müddətdə indiki iqtisadi vəziyyətinin daha yüksək mərhələsinə çatacaq. Təbii ki, bu təşəbbüs təkcə iqtisadi deyil, xalqlar arasında mədəni və sosial əlaqələri də gücləndirəcək”, - deyə Mehmet Cahit Turhan bildirib.

Nazir vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Çin və Mərkəzi Asiyadan ölkəmizə gələn bütün yolları birləşdirən mühüm infrastruktur olaraq çox böyük əhəmiyyət daşıyır. Bu layihə sadəcə üç ölkəni birləşdirmir. İngiltərə, Fransa, Belçika, Almaniya, Avstriya, Macarıstan, Serbiya, Bolqarıstan, Türkiyə, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Türkmənistan və Çini dəmir yolu ilə bir-birinə bağlayır. Bakıdan Qarsa qədər uzanan 829 kilometrlik dəmir yolu xətti Xəzərdən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun vacib bir hissəsini tamamlayır. Lakin bu layihənin əhəmiyyəti qarşıdakı illərdə daha çox aydın olacaq. Çin və Avropa arasındakı ticarət hazırda günlük 1,5 milyard dollara çatır. Bu ticarət axınının artaraq davam etməsi və qarşıdakı 5-6 ildə ticarət dövriyyəsinin gündəlik 2 milyard dolları keçəcəyi gözlənilir.

"Azərbaycan və Türkiyə coğrafi mövqelərinə görə regionun ən vacib tranzit mərkəzlərindəndir. Azərbaycan Mərkəzi Asiyaya açılan qapıdır, Türkiyə isə üç qitənin kəsişdiyi ərazidə yerləşir. Biz yükdaşıyıcılarına həm fərqli marşrutlar, həm də fərqli nəqliyyat vasitələri təklif edərək onlara fayda verməyə çalışırıq. Öz ölkəmizlə yanaşı, region ölkələrinin ixrac mallarının çeşidlənməsinə şərait yaradır, iqtisadi mənada qazanclarını artırmağa səbəb oluruq. Bununla bağlı ən gözəl nümunə Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir. İxrac mallarını dəmir yolu ilə daşıyaraq başlanğıc və son mərhələlərini quru, dəniz yolu ilə həyata keçirərək bir çox ərazilərə çatdırırıq. Şərq ilə Qərb arasında alternativ marşrut təklifi ilə yanaşı, Şimal-Cənub istiqamətində də alternativ olmağı düşünürük”, - deyə nazir əlavə edib.

Müsahibənin tam mətni:


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video