02 May 2019 00:32
876
Təhsil
A- A+

Bakıda “eTwinning Plus” layihəsi çərçivəsində beynəlxalq seminar keçirilir


Mayın 1-də Bakıda "eTwinning Plus” layihəsi çərçivəsində "Rəqəmsal təhsil” mövzusunda üçgünlük seminar işə başlayıb.

AZƏRTAC xəbər verir ki, seminar Təhsil Nazirliyi və Türkiyənin "eTwinning” Mərkəzi ilə birgə təşkil olunub. Tədbirə Azərbaycanın müxtəlif bölgələrindən 24 və Türkiyədən 20 müəllim qatılıb.

Seminarın açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, dövlətimizin innovativ inkişaf istiqamətlərindən biri bilik əsaslı iqtisadiyyatın formalaşdırılmasıdır. Həmçinin gənclərə məktəb yaşlarından etibarən tolerantlıq, başqa millətlərə, dinlərə və mədəniyyətlərə hörmət kimi dəyərlərin aşılanması çox mühümdür. Gələcək nəslin hərtərəfli inkişafı isə bu günün təhsilindən asılıdır. Bu baxımdan müəllim və şagirdlərin XXI əsr bilik və bacarıqlarının artırılması istiqamətində "eTwinning Plus” layihəsinin rolu əhəmiyyətlidir.

Nazir müavini layihə çərçivəsində Azərbaycan şagirdlərinin Avropadan olan həmyaşıdları ilə təcrübə və fikir mübadiləsi aparmasını, onların adət-ənənələri, mədəniyyətləri ilə tanış olmaq imkanı qazanmasını müsbət dəyərləndirib. Həmçinin bildirib ki, bu, öz növbəsində, şagirdlərdə müasir və dünyəvi keyfiyyətlərin formalaşdırılmasına mühüm təsir göstərir.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov çıxışında "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq təhsil sisteminin informasiyalaşdırılması istiqamətində reallaşdırılan tədbirlərdən danışıb. Bildirilib ki, "eTwinning Plus” layihəsi Avropa İttifaqının fasiləsiz təhsil proqramının tərkib hissəsidir. 2013-cü ildən ölkəmizin də iştirak etdiyi layihənin əsas məqsədi pedaqoji işçilər arasında əməkdaşlıq imkanlarını genişləndirmək, 35 Avropa ölkəsindən olan həmkarlar ilə birgə təhsilin inkişafı istiqamətində müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır.

Seminar çərçivəsində yerli və türkiyəli mütəxəssislərin rəhbərliyi ilə İKT-nin təhsilə tətbiqi, layihə əsaslı təhsil və müəllimlərin XXI əsr bacarıqlarını inkişaf etdirəcək müxtəlif təlim və müzakirələr təşkil olunacaq.

Qeyd edək ki, "eTwinning Plus” layihəsi çərçivəsində Azərbaycanda bu günədək 494 məktəbdən 1750 müəllimin iştirakı ilə 1417 təhsil layihəsi həyata keçirilib. Layihə çərçivəsində müəllimlərin bilik və bacarıqlarının artırılması üzrə onlayn təlimlər, Avropa ölkələrində müxtəlif seminar və konfranslar təşkil edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video