02 May 2019 00:30
837
Mədəniyyət
A- A+

“Tələbə baharı” ümumrespublika yaradıcılıq festivalı başa çatıb


Mayın 1-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Nəsimi ili” çərçivəsində "Tələbə baharı” ümumrespublika tələbə yaradıcılıq festivalının qala-konserti olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Birinci vitse-prezidentin köməkçisi, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, digər dövlət və hökumət rəsmiləri, deputatlar və başqa qonaqlar iştirak ediblər. Tədbirdə tələbələr müzikl-tamaşalar nümayiş etdiriblər.

"Tələbə baharı” ümumrespublika tələbə yaradıcılıq festivalı Gənclər və İdman Nazirliyi tərəfindən 2007-cı ildən etibarən ali təhsil müəssisələrinin tələbələri arasında hər il keçirilir. Festivalın keçirilməsində məqsəd tələbə yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrində fəaliyyət göstərən dərnəklər arasında gənclərin mübadiləsini təşkil etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaq, asudə vaxtlarının səmərəli təşkil edilməsi sahəsində səyləri gücləndirmək, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır.

Bu il aprelin 2-3-də festivalın seçim mərhələləri keçirilib. Seçim turlarında 18 ali təhsil müəssisəsindən 800-ə yaxın tələbə müxtəlif nominasiyalar, musiqi (xalq mahnıları, klassik musiqi, estrada musiqisi, pop musiqisi, muğam, rok) və rəqs (milli rəqslər (kollektiv, solo), müasir rəqslər (kollektiv, solo), dünya xalqlarının rəqsləri) janrlarında istedad və bacarıqlarını nümayiş etdiriblər.

Festival bir sıra gənclərin üzə çıxarılmasında vacib rol oynayıb. 2009-cu ildə "Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil edərək üçüncü yerə layiq görülən Aysel Teymurzadə və 2011-ci ildə Azərbaycana birinciliyi bəxş edən Eldar Qasımov "Tələbə baharı” festivalının qalibi və iştirakçısı olublar.

Sonda festivalın qaliblərinə Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının diplomları və xatirə hədiyyələri təqdim olunub.

"Tələbə baharı” ümumrespublika tələbə yaradıcılıq festivalı 2011-ci ildən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video