02 May 2019 00:27
771
Mədəniyyət
A- A+

Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində III akademik forum keçirilir


Mayın 1-də Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Dinlərarası dialoq və dini müxtəlifliyin idarə olunması” mövzusunda III akademik forum keçirilir.

AZƏRTAC xəbər verir ki, UNESCO-nun mədəniyyətlərarası dialoq şöbəsinin müdiri Ann-Belinda Preisin moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva mədəniyyətlərarası dialoq sahəsində müzakirələrin xüsusi əhəmiyyəti olduğunu qeyd edib. Bildirib ki, bu sahədə bütün dünyada elmi araşdırmaların artması təqdirəlayiqdir. Mədəniyyətlərarası dialoqun elmi cəhətdən araşdırılması olduqca əhəmiyyətlidir.

Sevda Məmmədəliyeva Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüskarı olduğu "Bakı Prosesi” barədə ətraflı məlumat verib. Bildirilib ki, "Bakı Prosesi” çərçivəsində Azərbaycanda bir çox mühüm beynəlxalq tədbirlər keçirilib. Bu tədbirlərdə dünyanın ictimai, siyasi, din xadimləri, alimlər iştirak ediblər.

Azərbaycanda dövlət-din münasibətlərinə toxunan nazir müavini qeyd edib ki, ölkəmizdə din dövlətdən ayrı olsa da, dindarlar xüsusi qayğı ilə əhatə ediliblər.

Mədəniyyətlərarası anlaşma üçün dinlərarası dialoqda UNIWIN şəbəkəsinin əlaqələndiricisi Fəthi Mənsuri Yeni Zelandiyada, Şri-Lankada törədilən terror aktları barədə danışıb. Bildirib ki, bu hadisələr əksər hallarda dini savadsızlıq səbəbindən baş verir. O, həmçinin dinlərarası dialoqun olmamasının bu kimi xoşagəlməz halların baş verməsində rolunu qeyd edib.

Dünyada dinlərarası dialoqun qurulması istiqamətində görülən işlərdən danışan BMT-nin din və inkişaf üzrə qurumlararası işçi qrupunun əlaqələndiricisi Azza Kərəm bu sahədə müəyyən uğurlara nail olunmasına baxmayaraq, hələ də çox sayda problemlərin qaldığını deyib. Əlavə edib ki, son zamanlar dünyada yaşanan faciəvi hadisələr dinlərarası dialoq sahəsində hələ xeyli işlər görülməli olduğunu bir daha təsdiq edir.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video