01 May 2019 17:45
417
DÜNYA
A- A+

Tələbə ABŞ universitetində atəş açdı


Tələbə ABŞ-ın Şimali Karolina Universitetində atəş açmışdır. Hadisə nəticəsində 2 nəfər həlak olmuş, 4 nəfər ağır yaralanmışdır. Bu barədə Şarlott Şəhər Polis İdarəsi məlumat vermişdir.

Universiteti mühafizə edən polis əməkdaşları atəş barədə məlumat aldıqdan sonra binaya daxil olub cinayətkarı tərksilah etmişlər. Artıq ona qarşı ittiham irəli sürülmüşdür.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hücum edən şəxs universitetin 22 yaşlı tələbəsi Tristan Enrü Terrelldir. Cinayətin motivləri hələ məlum deyil.

Xatırladaq ki, 2017-ci ildə Qramblinq Universiteti ərazisində analoji hadisə nəticəsində iki nəfər həlak olmuşdur. 2016-cı ildə naməlum şəxs Ohayo ştatında dövlət universitetinin ərazisində atəş açmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video