01 May 2019 16:45
475
SİYASƏT
A- A+

İdris Cəzairi: Azərbaycan mədəniyyətlərarası və dinlərarası əlaqələr prosesində hərəkətverici qüvvəyə çevrilib


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mayın 1-də İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzinin icraçı direktoru İdris Cəzairi ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildiriblər ki, Dövlət Komitəsinin sədri qonağa Azərbaycandakı dinlərarası harmoniya və qarşılıqlı anlaşma şəraiti, həmçinin dövlətimizin mədəniyyətlərarası və dinlərarası dialoqun təşviq edilməsi sahəsində həyata keçirdiyi siyasət haqqında məlumat verib.

Bildirib ki, ölkəmizdə dini konfessiyalar arasındakı münasibətlərin kökündə bir - birinin dini inancına və mənəvi dəyərlərinə dərin hörmət dayanır. Dövlətin konfessiyalara münasibətində də bərabərlik prinsipi mütləq mənada qorunur. Bu prinsipi ölkəmizdə qeydiyyatdan keçməklə fəaliyyət göstərən dini icmaların fəaliyyətinin dəstəklənməsi, onların ictimai həyatın bir parçası kimi cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl tədbirlərin görülməsində aydın şəkildə müşahidə etmək olar. Azərbaycanda 925 dini icmanın qeydiyyatdan keçdiyini qeyd edən Komitə sədri onlardan 33-nün qeyri-İslam təmayüllü olduğunu söyləyib.

Mübariz Qurbanlı diqqətə çatdırıb ki, multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı bilavasitə dövlət dəstəyindən qaynaqlanır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, dövlət maraqları, xalqın mənafeləri, həmçinin bəşəri dəyərləri əsas götürən praqmatik siyasi kursun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızda tolerantlıq ənənələrinin güclənməsinə də öz həlledici töhfələrini verməkdədir.

Respublikamıza səfər etməsindən məmnunluğunu ifadə edən İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzinin icraçı direktoru İdris Cəzairi irqçi təmayüllərin, ksenofobiya və islamofobiyanın gücləndiyi bir dövrdə Azərbaycanın sərgilədiyi tolerantlıq modelini təqdir etdiyini qeyd edib. V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ölkəmizə səfər etdiyini bildirən qonaq mədəniyyətlərarası və dinlərarası əlaqələr prosesində özünəməxsus mövqeyi ilə seçilən Azərbaycanın bu prosesin hərəkətverici qüvvəsinə çevrildiyini deyib.

Qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsinin aparıldığı görüşün sonunda nümayəndə heyətinin üzvlərinə Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi, ölkəmizdəki dini tolerantlıq mühitindən və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmindən bəhs edən kitablar təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video