01 May 2019 15:35
486
İQTİSADİYYAT
A- A+

Ötən il Azərbaycan ilə Meksika arasında ticarət dövriyyəsi 35 faiz artıb


Keçən il Azərbaycan və Meksika arasında ticarət dövriyyəsi 35 faiz artıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın prezidenti, Meksika Deputatlar Palatasının üzvü Qabriela Kuevas Barron ilə görüşdə deyib.

Nazir Azərbaycan-Meksika əlaqələrinın qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını qeyd edib. Bildirib ki, 2008-ci ildə Azərbaycanın Meksikada, 2014-cü ildə isə Meksikanın ölkəmizdə səfirlikləri açılıb. Hər iki ölkənin parlamentlərində qarşılıqlı əməkdaşlıq üzrə parlamentlərarası işçi qrupları fəaliyyət göstərir. 2012-ci ildə Meksika Senatının qərarı ilə Meksika Xocalı soyqırımını tanıyıb, Mexiko şəhərində Tlakskoake-Xocalı Meydanında Xocalı soyqırımına abidə ucaldılıb.

Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verən nazir Azərbaycandakı siyasi-iqtisadi sabitliyi, həyata keçirilən islahatları vurğulayaraq, beynəlxalq qurumların hesabatlarında ölkəmizin mövqeyinin davamlı olaraq yaxşılaşdığını, "Doing Business 2019" hesabatında Azərbaycanın 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşdığını və 10 ən islahatçı ölkə sırasına daxil edildiyini diqqətə çatdırıb. Diqqətə çatdırıb ki, Azərbaycanın davamlı və dayanıqlı inkişafı ölkəmizi beynəlxalq tədbirlərin keçirildiyi məkana çevirib. Azərbaycan və Meksika arasında 2018-ci ildə ticarət dövriyyəsi 35 faiz artıb.

Ölkələrimiz arasında əlaqələrin inkişafı imkanlarından danışan Ş.Mustafayev Azərbaycan və Meksika arasında sənaye, ticarət, kənd təsərrüfatı, investisiya, turizm, humanitar və sair sahələrdə əməkdaşlığın inkişafı üçün potensialı diqqətə çatdırıb. Meksika şirkətləri, həmçinin Azərbaycanda sənaye parkları və məhəllələrində, aqroparklarda sahibkarlar üçün yaradılmış əlverişli şəraitdən istifadə edə bilərlər.

İqtisadiyyat naziri Azərbaycan və Meksika iş adamları arasında, xüsusilə kiçik və orta sahibkarlıq sahəsində əlaqələrin genişlənməsi, yeni əməkdaşlığın qurulması baxımından sərgilərin, biznes forumların, yarmarkaların keçirilməsinin önəmini qeyd edib.

Parlamentlərarası İttifaqın prezidenti, Meksika Deputatlar Palatasının üzvü Qabriela Kuevas Barron mövcud potensialdan istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini vurğulayıb. O, Meksika şirkətlərinin azərbaycanlı tərəfdaşlarla əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını diqqətə çatdıraraq, Azərbaycana ticarət missiyasının təşkil olunmasını təklif edib.

Görüşdə Azərbaycan və Meksika arasında iqtisadi əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video