Alternative content

12:49 17 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UNEC-də əcnəbi tələbələrin Milli Mətbəx festivalı keçirilib
UNEC-də əcnəbi tələbələrin Milli Mətbəx festivalı keçirilib
ANA SƏHİFƏ / Elm və texnika
15:28 01.05.2019

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) əcnəbi tələbələrin iştirakı ilə Milli Mətbəx festivalı keçirilib.
Tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova UNEC-in əcnəbi tələbələrinin universitetin sosial həyatına inteqrasiyası istiqamətində görülən işlərdən söz açıb. Prorektor əcnəbi tələbələrin təmsil etdikləri ölkələrin tarixinin, mədəniyyətinin, mətbəxinin tanıdılması baxımdan festivalın böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Sənnur Əliyev UNEC-də təhsil alan əcnəbi tələbələr barədə məlumat verib. Bildirib ki, UNEC-də 20-yə yaxın ölkədən 245 nəfər əcnəbi bakalavr, magistr və doktorant təhsil alır. O, UNEC-də əcnəbi tələbənin təşəbbüsü ilə ödənişsiz "Danışıq klubu”nun (Conversation club) da fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Əfqanıstan vətəndaşı olan, Beynəlxalq İqtisadiyyat Məktəbinin I kurs tələbəsi, UNEC-in əcnəbi tələbə klubunun rəhbəri Muqader Vazeri universitetdə yerli və əcnəbi tələbələr arasında sosial inteqrasiyasının yüksək səviyyədə təşkil edildiyindən danışıb. Festivalın keçirilməsinin bu münasibətlərin daha da inkişaf etdirilməsində mühüm rol oynadığını vurğulayıb.
Festivalda UNEC-in əcnəbi tələbələri təmsil etdikləri ölkələrin milli mətbəxinə aid yeməklər hazırlayaraq təqdim ediblər. Əcnəbilərin milli geyimlərdə təqdim etdikləri Türkiyə, Almaniya, Çin, Əfqanıstan, Keniya, Nepal və digər ölkələrin təamları müəllim və tələbələr tərəfindən maraqla qarşılanıb. Festival əcnəbi və yerli tələbələrin, müəllimlərin "Yallı” sədaları altında birgə rəqsi ilə davam edib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM