30 Aprel 2019 15:45
1248
Səhiyyə
A- A+

Antibiotiklərə davamlı infeksiyalar 2050-ci ilə qədər hər il 10 milyon insanın həyatına son qoya bilər


Əgər beynəlxalq birlik zəruri tədbirlər görməsə, antibiotiklərə davamlı bakteriyaların törətdiyi infeksiyalar 2050-ci ilə qədər hər il 10 milyon insanın həyatına son qoyacaq, bu xəstəliklərin vurduğu iqtisadi ziyan isə öz miqyasına görə 2008-2009-cu illərin qlobal böhranının nəticələri ilə müqayisə edilə bilər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Antimikrob rezistentliyinə qarşı mübarizə üzrə İdarələrarası Əlaqələndirmə Qrupunun yeni məruzəsində öz əksini tapıb.

Məruzə müəllifləri vurğulayırlar ki, müalicəsi mümkün olmayan xəstəliklərin sayı get-gedə artır, o cümlədən respirator infeksiyaları və sidik sisteminin infeksiyaları bu qrupa aiddir. Məruzədə vurğulanır ki, hazırda dərmana davamlı xəstəliklər üzündən hər il 700 min nəfər dünyasını dəyişir. Onların 230 min nəfəri müxtəlif dərmanlara davamlı vərəmdən ölür.

BMT baş katibinin birinci müavini, əlaqələndirmə qrupunun həmsədri Əminə Məhəmməd deyib: "Antimikrob rezistentliyi qlobal cəmiyyət üçün əsas təhdidlərdən biridir. Bu halın geniş yayılmasını dayandırmaq üçün görülməli zəruri tədbirlərin miqyası bu məruzədə göstərilir”.

Məruzə müəllifləri xatırladırlar ki, insanın sağlamlığı heyvanların sağlamlığı, ətraf mühitin vəziyyəti və qida məhsullarının keyfiyyəti ilə ayrılmaz surətdə bağlıdır. Onlar antibiotiklərə dözümlülüyə qarşı mübarizə məsələsinə çoxtərəfli yanaşma təklif edirlər.

Ekspertlər insanların və heyvanların müalicəsi üçün mikrob əleyhinə preparatlar təyin edilməsinə məsuliyyətlə yanaşmağa, habelə bu preparatlardan kənd təsərrüfatında artım stilmulyatorları kimi istifadə etməkdən çəkinməyə çağırırlar.

BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) rəhbəri Joze Qratsionu da Silva deyib: "Məruzədə qida məhsulları istehsalında, həmçinin insanların və heyvanların sağlamlığının müdafiəsi sahəsində mikroblar əleyhinə vasitələrin mühüm rolu etiraf edilir, lakin eyni zamanda, ekspertlər belə preparatların bütün sektorlarda məsuliyyətlə istifadə edilməsini dəstəkləyirlər”.

Antimikrob rezistentliyinə qarşı mübarizə üzrə İdarələrarası Əlaqələndirmə Qrupu 2017-ci il BMT Katibliyinin dəstəyi ilə yaradılıb. Bu qrupa FAO-nun, Dünya Səhiyyə Təşkilatının və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının nümayəndələri daxildir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video