30 Aprel 2019 00:32
860
İDMAN
A- A+

Valtteri BOTTAS: “Biz əla nəticələr əldə edirik”


Pouldan start götürən Valtteri Bottas ("Mercedes”) "Formula-1” SOCAR Azərbaycan Qran-prisinin qalibi oldu və şəxsi hesabda liderliyi yenidən ələ aldı.

Yürüş bitdikdən sonra Valtteri Bottas deyib: "Hərçənd liderlər qrupunda o qədər də çox hadisə baş vermirdi, amma yürüş mürəkkəb idi. Axı Lüis daim mənə pressinq göstərirdi. Mən səhv edə bilməzdim və vəziyyəti daim nəzarət altında saxladım. Şadam ki, dama-dama bayrağı gördüm və finişə birinci çatdım.

Bu uğur bizim üçün çox əhəmiyyətlidir. Komanda əla nəticələr əldə edir. Mən həmişə komanda yoldaşlarıma deyirəm: fəxr edirəm ki, bu komandada çıxış edirəm. Biz hamımız əla işləyirik. Mənim beşinci dəfə qələbə qazanmağım əladır. Hər şey möhtəşəm şəkildə davam edir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video