29 Aprel 2019 23:14
412
İQTİSADİYYAT
A- A+

İzmirdə Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin 9-cu iclası keçirilib


İzmir şəhərində Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi ilə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi arasında Kənd Təsərrüfatı İcra Komitəsinin 9-cu iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanı kənd təsərrüfatı naziri İnam Kərimov və Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli Azərbaycanda pambıqçılığın inkişafına dair Niyyət Bəyannaməsini imzalayıblar. Həmçinin Kənd Təsərrüfatı İcra Komitəsinin 9-cu iclasının Protokolu imzalanıb.

Daha sonra KİV nümayəndələrinə açıqlama verən nazirlər Kənd Təsərrüfatı İcra Komitəsinin 9-cu iclası ilə bağlı fikir və mülahizələrini bölüşüblər.

Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatlar, bu sahədə dinamik inkişafı qorumaq üçün həyata keçirilən tədbirlər və digər məsələlər barədə geniş məlumat verən nazir İnam Kərimov qardaş ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın böyük səmərə verdiyini bildirib.

Türkiyənin kənd təsərrüfatı sahəsində geniş imkanlara malik olduğunu vurğulayan nazir Bekir Pakdemirli Azərbaycanla əməkdaşlıq əlaqələrinin perspektivlərindən danışıb.

Qeyd olunub ki, tərəflər kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrini daha da genişləndirmək üçün mövcud imkanlardan daha səmərəli istifadə etməyi hədəf götürüblər. Bu əməkdaşlıq sayəsində kənd təsərrüfatı sahəsində geniş perspektivlər, o cümlədən məhsulların ixrac həcmini artırmaq üçün yeni imkanlar yaranıb. Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət” kəlamını xatırladan nazirlər diqqətə çatdırıblar ki, Azərbaycan ilə Türkiyə arasında kənd təsərrüfatının bütün sahələri üzrə mövcud olan səmərəli əməkdaşlıq dinamik inkişafdadır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video