29 Aprel 2019 23:00
816
İDMAN
A- A+

Ali təhsil müəssisələri tələbələrinin XIV Respublika Universiadasının açılış mərasimi keçirilib


Aprelin 29-da Bakı İdman Sarayında tələbələrin XIV Respublika Universiadasının açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Təhsil nazirinin müavini Firudin Qurbanov hər bir ölkənin gələcək inkişafının təmin edilməsində, onun genofondunun qorunmasında bədən tərbiyəsi və idmanın rolunu yüksək qiymətləndirib. Nazir müavini ümummilli lider Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərində, o cümlədən Azərbaycanın müstəqilliyinin bərpasından sonra bütün sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idmanın inkişafını diqqət mərkəzində saxladığını vurğulayıb. Azərbaycanın müstəqil ölkə kimi iştirak etdiyi ilk Olimpiya Oyunlarında - Atlanta Olimpiadasında böyük nailiyyət əldə edərək bir gümüş medal qazandığını bildirən nazir müavini sonrakı illərdə uğurların sayının artdığını vurğulayaraq deyib: "Ulu öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra Azərbaycan idmanı daha yüksək sürətlə inkişaf etməyə başladı. Ölkəmizdə bədən tərbiyəsi və idmanın tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi istiqamətində atılan addımlar qısa müddətdə bəhrəsini verdi. Sonuncu Olimpiya Oyunlarında – Rio Olimpiadasında komandamız möhtəşəm qələbəyə imza ataraq 18 medal qazandı. Bu, Azərbaycanın idman ölkəsi olduğunu bir daha sübut edir”.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycanda idman siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayaraq bildirib ki, məhz uğurlu idman siyasəti sayəsində ölkəmiz bu sahədə möhtəşəm qələbələrə imza atır. "İdmançılara dövlət qayğısı ilə yanaşı, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb. Ən müasir standartlara cavab verən Olimpiya İdman kompleksləri tikilərək gənclərin istifadəsinə verilib. Təqdirəlayiq haldır ki, idmançılarımız nüfuzlu beynəlxalq turnirlərdə parlaq nailiyyətlərə imza ataraq Azərbaycanın bayrağını ucaldır, himnini səsləndirirlər. Azərbaycan ən nüfuzlu idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edir və belə yarışlar bölgələrdə də keçirilir. Bu yaxınlarda Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirdə dünyanın ən güclü şahmatçıları iştirak ediblər”.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində təhsilə və idmana daim böyük önəm verdiyini bildirib. Ümummilli Liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayan S.Möhbalıyev Azərbaycanda reallaşdırılan uğurlu idman və gənclər siyasəti nəticəsində əldə olunan uğurlardan danışıb. Azərbaycanda bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılmasında həmkarlar ittifaqı təşkilatlarının da önəmini xüsusi vurğulayan S.Möhbalıyev bu baxımdan universiadaların vacib rol oynadığını qeyd edərək deyib: "XIV Respublika Universiadasında 16 ali təhsil müəssisəsinin tələbələri iştirak edirlər. Yarışlar idmanın 10 növü üzrə keçiriləcək və ümumilikdə min nəfərdən artıq tələbəni əhatə edəcək. Təhsil, Gənclər və İdman nazirlikləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə "Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurası tərəfindən təşkil edilən universiada tələbə gəncləri bədən tərbiyəsinə və idmana cəlb etmək məqsədilə reallaşdırılır. Yarışın qalibləri bu il iyulun 3-14-də İtaliyanın Neapol şəhərində keçiriləcək XXX Ümumdünya Yay Universiadasında iştirak edəcəklər”.

Açılış mərasimi bədii hissə ilə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video