29 Aprel 2019 18:26
590
DÜNYA
A- A+

Trablis bombalandı


Xarici hərbi təyyarələr Liviyanın paytaxtı Trablisin müdafiəçilərinə zərbə endirmişdir. Milli Barışıq Hökumətinin (MBH) Xarici İşlər Nazirliyindən verilən məlumata görə, paytaxtın yaxınlığında yerləşən Əbu Səlim yaşayış məntəqəsi bombardmana məruz qalmışdır.

MBH bəyanatında Əbu Səlimin bombardmanını qətiyyətlə pisləmişdir. Sənəddə qeyd olunur ki, general Xəlifə Həftərin qüvvələrinin paytaxta hücumuna dəstək məqsədilə endirilmiş zərbələr dinc sakinlərin ölümünə səbəb olmuşdur.

Bəyanatda BMT Təhlükəsizlik Şurasına Trablisə hücumu dayandıraraq öhdəliklərini yerinə yetirmək çağırışı yer almış, Həftərin hərəkətləri "terrorçuluq” kimi qiymətləndirilmişdir. MBH xarici dövlətlərin Liviya münaqişəsində iştirakını təhqiq etməyə çağırmışdır.

Xarici İşlər Nazirliyi diqqəti həm də belə bir fakta yönəldir ki, Həftərin tərəfdarları ölkənin cənubundakı neft yataqlarını ələ keçirmiş, nəticədə liviyalılar əsas gəlir mənbəyindən məhrum olmuşlar.

Xatırladaq ki, aprelin 4-də general Xəlifə Həftərin komandanlıq etdiyi "Liviya milli ordusu”nun bölmələri Trablisə hücuma başlamışdır. Həftərin qoşunları paytaxta əsasən cənub istiqamətindən hücum edir, MBH-nin silahlı birləşmələri ilə qızğın döyüşlər səngimir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video