29 Aprel 2019 18:24
1009
Elm və texnika
A- A+

Akademik Arif Paşayev Beynəlxalq Mühəndislik Akademiyasının “ALMAZ” nişanı ilə təltif olunub


Aprelin 26-da Moskva şəhərində Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) 2018-ci ildəki fəaliyyətinə dair ümumi yığıncaq keçirilib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Mühəndislik Akademiyasının Prezidenti akademik Boris Qusev 15 ölkədən BMA-nın üzvü olan 266 alimin iştirak etdiyi yığıncaqda hesabat məruzəsi ilə çıxış edib.

Azərbaycan Mühəndislik Akademiyasının (AMA) vitse-prezidenti, akademik Əhəd Canəhmədov Ümumi Yığıncağın iştirakçılarının yekdil qərarı ilə Mandat Komissiyasının sədri seçilib. Akademik Əhəd Canəhmədov AMA-nın 2018-ci ildəki fəaliyyəti barədə ətraflı məlumat verib.

Yığıncaq ərəfəsində Moskvada nəşr olunan "Инженерная Газета”nın aprel nömrəsində Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti akademik Arif Paşayevin "Vəzifələri kosmik yüksəkliyə qaldırarkən” ("Поднимая задачи до космических высот”) sərlövhəli geniş məqaləsi dərc olunub.

Qəzetin həmin nömrəsi yığıncaq iştirakçılarına paylanılıb. Müəllif məqalədə ölkəmizin iqtisadiyyatının şaxələndirilməsi çərçivəsində qeyri-neft sektorunun inkişaf etdirilməsi, həmçinin sənayenin və aqrar sahələrin dirçəldilməsi istiqamətində və digər transregional layihələrin icrası məsələlərindən ətraflı bəhs edib. Akademik Arif Paşayevin məqaləsi tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Ümumi Yığıncaqda BMA-nın Prezidentlər Şurasının İdarə Heyətinin qərarı ilə akademik Arif Paşayev Beynəlxalq Mühəndislik Akademiyasının "ALMAZ” nişanı ilə təltif olunduğu elan edilib. Bildirilib ki, görkəmli alim bu mükafata elm və təhsildəki uğurlarına, mühəndislik elminin, Azərbaycan Mühəndislik Akademiyasının inkişafındakı, materialların dağılmadan nəzarət metodunun sənayedə tətbiqindəki, böyük beynəlxalq layihələrin işlənilməsi və həyata keçirilməsindəki xüsusi xidmətlərinə görə layiq görülüb.

Yığıncaqda, həmçinin Azərbaycandan BMA-ya 1 həqiqi və 2 müxbir üzv də seçilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video