29 Aprel 2019 18:19
1651
PARLAMENT
A- A+

Azərbaycan və Xorvatiya strateji tərəfdaşlardır


Aprelin 29-da Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Xorvatiyanın Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri xanım Mariya Buriçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Xorvatiyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu deyib. Bildirib ki, gələn il Azərbaycan-Xorvatiya diplomatik əlaqələrinin qurulmasının 25 illiyi qeyd olunacaq. Bu illər ərzində əlaqələrimiz yüksək səviyyəyə gəlib çıxıb. Ölkələrimiz arasında münasibətlərin inkişafında dövlətlərimizin başçılarının böyük rolu var. 2013-cü ildə Azərbaycan və Xorvatiya prezidentləri ölkələrimiz arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi imzalayıblar. Bu Bəyannamə münasibətlərimizin yüksək səviyyədə olmasının bariz nümunəsidir.

Oqtay Əsədov, həmçinin qeyd edib ki, Azərbaycanla Xorvatiya arasında iqtisadi əlaqələr də yüksək səviyyədədir. Keçən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 250 milyon dollar olub.

Milli Məclisin sədri bildirib ki, parlamentlərarası əlaqələr də yüksək səviyyədədir. Qarşılıqlı səfərlər həyata keçirilir. Biz beynəlxalq parlament təşkilatlarında çox vaxt bir mövqedən çıxış edirik.

Xanım Mariya Buriç deyib ki, Xorvatiya ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyəyə çatması üçün ölkəsi bütün tədbirləri görüb. Yüksəksəviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafına böyük töhfə verdiyini deyən Mariya Buriç bildirib ki, ölkələrimiz arasında Zaqreb Bəyannaməsinin imzalanmasından sonra siyasi, iqtisadi sahələrdə əlaqələr genişlənib. O, Azərbaycanda Xorvatiyanın səfirliyinin açılmasının əlaqələrimizin inkişafına töhfə verəcəyinə inandığını deyib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video