Alternative content

13:37 17 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan-Argentina əlaqələri inkişaf edir
Azərbaycan-Argentina əlaqələri inkişaf edir
ANA SƏHİFƏ / PARLAMENT
18:08 29.04.2019

Aprelin 29-da Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzo ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov son vaxtlar Azərbaycan-Argentina münasibətlərinin inkişaf etdiyini söyləyib. Bildirib ki, Azərbaycan ilə Argentina arasında siyasi əlaqələr yaxşı səviyyədədir. Bu günə kimi ölkələrimiz arasında 25 sənəd imzalanıb, 9 sənəd isə imzalanma ərəfəsindədir.

Sədr qeyd edib ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq da inkişaf edir. Lakin bu sahədə əlaqələr daha da genişləndirilməlidir. O, Azərbaycan–Argentina biznes-forumunu xatırladaraq bu cür tədbirlərin sayının artırılmasının zəruriliyini qeyd edib.

Görüşdə turizm sahəsində əlaqələrin inkişafının zəruriliyi də vurğulanıb.

Oqtay Əsədov deyib ki, Azərbaycan-Argentina parlamentlərarası əlaqələri yaxşı səviyyədədir. Hər iki parlamentdə dostluq qrupları fəaliyyət göstərir, qarşılıqlı səfərlər həyata keçirilir. O, Argentina Milli Konqresinin Deputatlar Palatasının sədrinin bu səfərinin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayacağına ümid etdiyini bildirib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən söz açan sədr Argentinanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi üçün minnətdarlığını bildirib.

Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzo göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. O deyib ki, əlaqələrimizin genişləndirilməsi üçün sahələrimiz çoxdur. Parlamentlərarası əlaqələrlə yanaşı, icra hakimiyyətləri səviyyəsində də əməkdaşlığı inkişaf etdirə bilərik.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM